Yeni kitab: “Səssiz melodiya”
Oxuculara yeni bir səs— səmimi, təmiz və duyğulu bir uşaq qəlbinin səsi olan “Səssiz Melodiya” kitabı təqdim olunur. “Səssiz Melodiya” 12 yaşlı bir qızın – Firuzə Nəbilinin düşüncələrindən, xəyallarından və duyğularından doğan kitabdır. Bu kitabda uşaqlığın saf baxışları, xəyalları, böyüklərin unutduğu nağılvari hisslər və hər kəsin içində gizlənən kiçik bir melodiya var.
“Səssiz Melodiya” – sözün musiqiyə, duyğunun səssizliyə çevrildiyi bir iç səfəridir. Bu səfərdə Firuzə oxucunu düşünməyə, xatırlamağa və hiss etməyə dəvət edir. Gənc müəllifin yazıları sadə, lakin dərin bir dünyanı – uşaq qəlbinin genişliyini əks etdirir.
Bakıdaki 17 sayılı tam orta məktəbin 7-ci sinif şagirdi Firuzə Nəbilinin “İmza” nəşriyyatında işıq üzü görən “Səssiz melodiya” kitabının sizə də maraqlı olacağını ümid edərək gənc istedada uğur diləyirik.
İklim.az
Salam bir daha uğurlar amma necə oxuyaq bilmədim
Uğurları daim olsun kitabı ne,cə oxuya bilərik