Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

Mir Sədi Mirlər: Zamanın məkanı kimdir

By İklim
18 Dekabr 2025 1 Min Read
1

ŞEİRLƏR

Sevənlərin qədərdir

.

Qızım,döymə qapını,

Usdufca içəri keç.

Çox da babanam demə,

Bil,yolçu köçəri, keç.

.

Bu necə poçtalyon,

Xəbər üstə xəbər var.

Hər xəbərin içində,

Ölüm adlı əsər var.

.

Döy başıma-başıma,

Başımın içi səsdir.

Hər səsin son nəğməsi,

Ölüm adlı nəfəsdir.

.

Qapını heç bağlama,

Hardan gələr, bilinməz.

Qəlbini də dağlama,

Gələn zaman görünməz.

.

Sevdiklərin imtahan,

Sevənlərin qədərdir.

Yaşa,yaşaya bilsən,

Daşı,daşı bu dərdi.

.

Dərddə ki, batman-batman,

Cana hopar sis kimi.

Ölüm ruhun qoxusu,

Gələr qəlbə hiss kimi.

.

Bu dünyaya bir nəfəs,

Min cür həvəs eyləmə.

Döymə qapını,qızım,

Sən Allah səs eyləmə.

.

***

Zamanın məkanı kimdir

.

Boylandım, boylandım əlim qaşımda,

Boylandım, boylandım sevda başımda.

Turan çöllərinin yovşan qoxusu,

Zülmət gecələrin sürgün qorxusu.

Bütün sevdalarım uçur sonsuza,

Bütün xəyalların sonu nağıldır.

Zaman qamçısını fələklə vurar,

Bir də görərsən ki, həyat dağıldı.

Kim bilir harada dayanar zaman,

Kim bilir zamanın məkanı kimdir.

Gülünc bir arzudur bütün qədərin,

Yenə də baxarsan zaman hakimdir.

Author

İklim

Follow Me
Other Articles
Previous

Nuray Rəşid: Bugünün qədirbilməzləri

Next

Nuray Rəşid: YARIM HƏQİQƏT

One Comment
  1. Afqan Talibov dedi ki:
    19 Dekabr 2025 tarixində, saat 09:16

    Zamanın məkanı kimdir? sualı daim izlədiyim şair MirSədi Mirlərdendir.
    Cavab:Məncə hər birimizin varlığından,yaşamasından,əməlindən ,qalan yadigarlarindan ,səninlə bağlı xatirələrdən keçir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme