Avqustun 8 də Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyində Karvansara rayonu Haqqıxlı kəndinin məcburi köçkünü Bəturə Adilqızının “Heykəlləşən Vətən eşqim” adlı şeirlər kitabının təqdimat mərasimi keçirldi. Haqqıxlı kənd sakinləri, Haqqıxlı kənd icma üzvləri, şeirsevərlər və kitab həvəskarlarının toplandığı tədbirdə Haqqıxlı kənd icmasının sədri İbad Mehdiyev, QAİ Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov, İcmanın qadınlar şurasının sədri Ayişə Nəbi Vətən həsrətindən bəhs edən bu kitabın yaranmasından, tədbirin təşkil olunmasından bəhs etdilər. İcma fəalları Füzuli Həsənov, Üzeyir Məmmədov, İnam Yəhyayev, Elza Kərimova “Heykəlləşn vətən eşqim” kitabındakı şeirlərin ifadə etdiyi Vətən sevgisinin sonsuzluğunu dilə gətirdilər. Aktrisa Ellada Sarvan, aktyor Vüqar bəy, şeirsevər Məsmə Qocayeva Bəturə Adiqızının seirləindən nümunələr səsləndirdilər. Şair Elli Atayurd kitabdakı şeirlərin bədii məziyyətindən danışdı.Qonaqlar və digər tədbir iştirakçıları Rəna Məmmədova, Afina xanım, Şəfiqə Həsənova, Şəlalə Əmiraslanova, Pərinisə Cəfərova, Naibə Əsgərova və s. qəlblərin sarı siminə toxunan bu şeirlər haqqında ürək sözlərini çatdırdılar. Kitaba maddi dəstək olan Şahlar Nəbiyev və Bəturə xanıma həsr etdiyi tablonu təqdim edən gənc rəssam Nigar Qara şairi təbrik etdilər.Sonda nümayıəndəliyin sədri Ramiz İsmayılov kitaba əməyi keçənləri təşəkkürnamə ilə təltif edərək Vətən sevdalı şairə uğurlar dilədi.









