Artıq neçə vaxtdır ki, Doğu Türküstandan, uyğur türklərindən ürək ağrıdıcı xəbərlər alırıq. Mətbuatda, Çin rəsmi bəlgələrinə dayanaraq yayılan məlumatlara görə 1 milyon 8 yüz min Doğu Türküstanlı müxtəlif adlar altında toplama düşərgələrində saxlanılır.Bu işgəncə düşərgələrini Çin hökuməti dünyaya təlim mərkəzləri adı ilə təqdim edir. Çinin təlim, bərpa və ya peşə tədrisi mərkəzi adlandırdığı bu yerlər, başından bəla əksik olmayan uyğur türklərinin cəhənnəminə çevrilib. Çinlilər bununla da qalmayıb uyğur tarixini silmək üçün bölgədəki tarixi abidələri və qədim məzarlıqları da yox edir.Toplama düşərgələrində fiziki işgəncə ilə yanaşı insanların düşüncələrini dəyişmələri, çinli kimliyinə bürünmələri üçün onlara inadla hər cür təzyiq göstərilir.Buradakı insanları qısırlaşdırmaq üçün onlara xüsusi dərman və iynələr tətbiq edilir.Belə düşərgələrin sayı 500-dən çoxdur.Bunların hər birində aparılan amansız çin işgəncəsi insanlıqdan kənar bir şəkildə hələ də davam edir.