Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Araşdırma

Oqtay Oruc: İnsan nə zaman tükənir

By İklim
14 Yanvar 2026 2 Min Read
0

Nə zaman tükənir İnsan?!

Sualın cavabını bilənlər oxumasın…

esse

Çarlz Bukovskinin bu fikri nə zamandır beynimdə dolanır: “Hər kəs həyatda fərqli şəkildə tükənir. Kimi doğru insanı gözləyərkən, kimi yanlış insana dözərkən. Və hər kəs mütləq nəyinsə bədəlini ödəyir — bəzən etdiyi seçimlərin, bəzən də etmədiyi seçimlərin. Özünü yorma, həyatına yoldaşlıq etmək istəyənlər onsuz da səninlə gələcək”.

Görəsən, düz deyir?!

Həyat insanı həmişə eyni yerdən sınamır axı? Hamımız eyni yolda addımlasaq da, yorulduğumuz, qırıldığımız nöqtələr fərqlidir.

Kimi doğru insanı gözlədiyi illərdə tükənir, kimi yanlış birinə ömrünü xərclədiyi günlərdə özündən tükənir, sanki azalır. Kimi tapdığını zənn edib aldanaraq yaşayır. Amma nəticə eynidir: insan zamanla özündən-içindən bir parça itirir. Çox vaxt düşünürəm ki, bizi yoran seçimlərimizdir. Halbuki bəzən bizi daha çox yoran etmədiklərimiz, etməyə cəsarət etmədiklərimiz, “bəlkə düzələr” deyib susduqlarımız, susub gözlədiklərimiz olur. Sevməli olduğumuz yerdə susuruq, getməli olduğumuz yerdə qalırıq, qalmalı olduğumuz yerdə isə gedirik. Həyat da bunun əvəzini gec-tez bizdən alır. Özü də necə…

İnsan ən çox özünə xəyanət edəndə tükənir. Başqalarını incitməmək üçün özünü yorduğunda… Hamını başa düşüb, özünü başa düşməyə vaxt ayırmadığında…

Halbuki həyat kiminsə yükünü daşımaq üçün deyil, yan-yana yol getmək üçündür. Ona görə də artıq belə düşünürəm: insan özünü yormamalıdır. Nə izah etmək üçün, nə sevilmək üçün, nə də seçilmək üçün. Həyatında olmaq, sənlə YOLa davam etmək istəyən insan sənin tempinə uyğun gəlməlidir. Əgər sənəgəlirsə, səni ləngitməz, səni sürükləməz, səni tükəndirməz. Sadəcə, səninlə yanaşı addımlayar. Qalanları isə… onsuz da bir gün yolun kənarında qalır. Yorulur… Tükənir… Bezir… Çünki hər kəs həyatın içində öz yerini özü seçir. Biz yalnız kimlərlə davam edəcəyimizi seçə bilərik, kimlər üçün tükənəcəyimizi yox.

Bəlkə də həqiqi rahatlıq buradan başlayır: Özün olmaqdan qorxmamaqdan. Getməli olanı buraxmaqdan. Və qalmaq istəyənlərlə sakitcə yola davam etməkdən.

Yol qısadır… Ömür kimi… Düşünmə ki “uzun, incə bir yoldasın”… Bu ancaq şərqilərdə olur… Reallıq isə Fanilikdə Gizlidir… Nə xoş ÖZünü TAPana…

Oqtay Oruc

AJB-nin üzvü

Author

İklim

Follow Me
Other Articles
Previous

Rauf Şahbazov: Onu bir daha görmədim

Next

Fatimə Əsəd: Açıq sual

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme