Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
Ədəbiyyat

Fatimə Əsəd: Açıq sual

By İklim
08 Fevral 2026 2 Min Read
0

müəllifin ilk hekayəsi

Hava buludlu idi. Buludlar torpağa sataşmaq üçün arabir damcı-damcı su atırdı. Göyə baxaraq sanki gözləri ilə buludlardan: “Bəs yağış nə vaxt yağacaq?” – deyə soruşurdu.

Uzun-uzun baxıb dərin bir nəfəs çəkəndən sonra  yeyin addımlarla çarpayısının üstündəki kitaba tərəf getdi. Elatlının “Xəyanət” kitabının   son on vərəqini də oxuyub tamamlamaq üçün kitabı əlinə aldı. Oxuduğu hər kitaba uyğun musiqi seçməyi dinləməyi sevirdi və adəti üzrə bu dəfə də elə etdi. O bəyəndiyi kitablara öz ehtiramını bu şəkildə göstərirdi.

  Bir fincan çay süzüb qabağına qoydu, kitabı açıb seçdiyi musiqinin sədaları altında oxumağa başladı. Kitabın axırıncı səhifəsindəki son cümləni oxuduqdan sonra kitabı örtmək əvəzinə beynində təkrarlanan hissəni oxumaq üçün bir neçə səhifə geri vərəqlədi:

“Dostluğa xəyanət, eşqdə sədaqət

Bizdə bir ad alır dəyanət kimi.

Dostluğa xəyanət, eşqə xəyanət

Ağırdır vətənə xəyanət kimi.”

Bir marş kimi səslənən bu cümlələr beynində dolandıqca yaşadıqlarını xatırladı: özünün etdiklərini, ona edilənləri, verilən vədləri, qırılan ümidləri, tərk edilmələri…

Xəyalların yelkən açdığı o anda telefonu səssizcə titrədi. Səsə tərəf dönsə də ekrana baxmadı. Telefonunu üzü üstə geri qoydu. O addan gələn mesajlar artıq göndərilən ünvan üçün öz hökmünü itirmiş və dəyərdən düşmüşdü. Bir anlıq ayrıldığı düşüncələrinə yenidən qayıtdı.

Nə idi axı bu xəyanət?  Eşqə, dosta, vətənə xəyanət… Bu xəyanətlər eynidirmi?  Kimə, nəyə qarşı edilməsinin bir fərqi varmı? Xəyanət elə xəyanət deyilmi? Niyə insanlar bir-birinə xəyanət edirlər? Məcburiyyətdənmi edirlər, yoxsa xəyanətin bəraət edilə biləcək səbəbi varmı?

Sual sual arxasınca düzülürdü. Nigar bu sualların ucundan tutub getsəydi, az öncə uzun-uzun baxdığı, xəyalalrının uçduğu o buludlara belə çata bilərdi. Göylərə çatan o suallar, yerdəkilərin etdiyi bu xəyanətin niyəsinin qarşısında aciz idi.

Bütün sualları bir kənara qoyub düşündü:

Bəlkə də ən böyük xəyanət, sadəcə, başqasına yox, bəzən elə insanın özünün özünə etdiyi xəyanətdir. Öz hisslərini danmaq, sevmədiyi yerdə olmaq, getmək istədiyi halda qalmaq…

Fikirlər uzandıqca uzanırdı. Çayı artıq soyumuşdu.

Musiqi asta bir səslə hələ də çalırdı.

Kitab, sadəcə, örtülməmişdi, həm də bağlanmışdı.

Amma suallar…cavab gözləyən suallar…

Suallar hələ də açıq idi…

Author

İklim

Follow Me
Other Articles
Previous

Oqtay Oruc: İnsan nə zaman tükənir

Next

Ayişə Nəbi: Zaman sərhədində duran Xıdır Nəbi

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme