Üçüncü minilliyin dünya geosiyasətindəki əsas qarşıdurma ABŞ və Çin arasında baş verir.Pekin yeni bir super güc olma iddiasındadır ki, bu da Ağ Evi narahat etməyə bilməz. Lao Tzunun layiqli nəslindən olan Çin, müharibə sənətinə dair ən yaxşı ənənələrə sadiq qalaraq, dünya tacı uğrunda mübarizə üçün ən uyğun vaxtı gözləyir. Vaşinqton və Moskva hələlik öz aralarındakı münasibətləri aydınlaşdırmaqda olarkən, Pekin yavaş-yavaş, lakin qətiyyətlə öz əhalisini dünyanın böyük bir hissəsinə yaymaqla getdikcə daha çox ərazini ələ keçirir. Əlbəttə ki, dünya hökmranlığı uğrunda apardığı mübarizədə Çin ən yaxın şimal qonşusu Monqolustandan da yan keçmir. Təbii sərvətlərlə zəngin olan Monqolustan artıq çoxdan Çinin gözaltısıdır.Hələ əsrin əvvəlində Rusiya nüfuzunun zəifləməsindən istifadə edərək o, Çingiz xanın vətənini ələ keçirmək istəmişdi.
Hazırda Monqolustanda elə monqollar qədər də çinli yaşayır.Belə gedərsə Çin oranı əjdaha kimi udacaq.Çünki, Çin monqol təbii sərvətlərini, kömür, qızıl və nefti artıq ələ keçirib. Çinin Monqolustanı ələ keçirməsi ilə dünya geosiyasətində nələr baş verəcək, Rusiya buna nə deyəcək, bütün bunlar hələ ki, siyasət aləmini düşündürür.