04 Temmuz 2024

ÇÖL ŞEİRİ

Çöl-çöl-çöl bağırır ayğır çölün türküsü,

Yovşanların qoxusu tikan-tikan sancılır.

İlan sevgim ulduzlardan asılı,

Səhər-səhər qəlb zanbağı açılır.

Yolum düşüb qaranlığın eşqinə,

Düşlərimdə səhraların ilğımı.

Gül tərpənsə nəfəsimin bəhsinə,

Ruhum olar min illərin yorğunu.

Gümüş göylər yol göstərməz aşiqə,

Əsən yellər varlığımda yar deyər.

Mən bilmərəm bu dünyanın dərdi nə,

Ağrıları qəlb evinə dar gələr.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir