21 Kasım 2024

Dante və İslam
Arafın yamaclarında Dante röyasında ayaqları burulu və bükük qol-qanadları qırıq-sökük fəqət saralmış üzündə hələ də eşqin rənglərindən sürmələr çəkilmiş görülən bir qadını görür. Bu canavar ona Sireni şərqisini pıçıldayır. «Dənizin ortasında dənizçiləri çağıran mənəm. Ulyseei yolundan döndərən mənəm. O məni dinləməkdən o qədər zövq almışdır ki! Mənimlə can-ciyər olan, artıq məni bir daha tərk edə bilməz. Mən onu bax beləcə əzizləməsini bilirəm.» Falçı qadın belə mahnı oxuyurdu. Ancaq bir anda gözlənilməz bir qadın zühur eləyir. Acuzenin paltarını yırtır. Acuzedən yuxuda olan insanı belə oyandırıb sıçrada biləcək pis bir qoxu ortalığa yayılır. Məhəmməd də yaşıyla uyğun gəlməyən möhtəşəm geyinib-keçinmiş bir qadın gördü. O yaltaqlanaraq, işvə ataraq insanı başdan çıxarmağa çalışırdı. Cəbrayıl ona, Virgilin Danteyə elədiyi kimi onu acılad: Bu qadın dünyanın saxta görüntülərinin simvoludur.
Məhəmməd və Dante, cənnətə girməmişdən əvvəl üç dəfə yuyunaraq təmizlənirdilər. Nəfs bağçasının kölgəlikləri arasında Əbulalanın yolçusu, Tanrının özünə göndərdiyi bir gənc qıza rastlayır. O onunla ilahi çəmənliklərdə gəzişir və ona çox şirin mahnılar oxuyur, şair İmrul Kaisin sevgilisi üçün yazdığı şerləri oxuyur. O anda çayın sahilində yolçunun sevgilisi uca göylərin ehtişamlarını hər cürə gözəlliyi kölgədə qoyduğu bir hurilər dəstətsi içində görünür. Purqatoire (Arafın sonundakı uca sevgi xəyalının hardan gəldiyini kim biləcək) İslam nəqli olaraq yazılanlar üçün göyün təsviri, Dantenin Cənnətini ölümsüz edən işıq ahəng ruhaniliklə eyni xarakteri göstərir. Vizionlar və epizodlar, həmin başdan-ayağa eynidir. Göylərin ən yuxarısına eyni pilləkənlər yüksəlir. Dante oraya insanın əlinin atəşdən çəkdiyi an qədər qısa bir vaxt ərzində çatdı. Məhəmməd də göz açıb qapanıncaya qədər bir zaman içərisində yüksəlmişdir. Məhəmməd kimi Dante də Adəmə rast gəlir, ona Dünya Cənnətində hansı dili danışdığını soruşar. Göyün səkkiz mərtəbə çölündə Saint Pierre, Danteni sorğuya çəkir, onu iman və dini fəzilətlər mövzusunda bir aməntü və elmihal imtahanından keçirir. Bəzi islami cənnət anlatmalarında da, girişdə, yenə bunun kimi bir sorğulama yer alır. Yupiter Göyündə Dante saysız-hesabsız işıqdan (hansı ki, bunlar ruhlardır) əmələ gəlmiş qocaman bir qartalın uçduğunu görür. Məhəmməd ilahilər eşidilərkən qanad çırpan xoruz şəklində Dev bir mələk görür. Məhəmməd kimi Dante də çox şiddətli və yorğun bir halın ortaya çıxdığı yerə, işıq və ehtişam olan bir mərkəzə yüksəldiyini hiss edər. Eyni şəkildə Mpyrenin çölündə Saint Bernard yolçunu əbədi işığa aparmaq üçün Beatriçanı tərk edir. Eynən müsəlman göyünün son qatında Cəbrayılın silindiyi və Peyğəmbərin işıqlı taxt üzərində Allahla qarşı-qarşıya gəldiyi yerə yüksəldiyi kimi. Hər ikisi də ilahi işığa daldıqca özlərini çullayan sevinci gördükləri möcüzəli izləmini anlatmaqda ifadələrin aciz qaldığını gedərək artan bir şəkildə üzə vururlar.
Bu yaxınlıqlarla bənzərlikləri çoxaltmaq olar. Dantenin şerinin bütün memarisi Cəhənnəm dairəsinin quruluşundan Araf Dağını, Cənnətlik ruhların yaşadığı göylər və dairəvi göy qatlarını, üç dünyanın bir-birinə uyğun gələn bütün bölümlərinə (Cəhənnəmin doqquz dairəsi, Arafın doqquz nərdivanı və doqquz Cənnət göyü, hamısını əhatə edən onuncu göy Mpyre, yaxud Tanrı hüzuruna) qədər bütün bu sistem bu nizam, bu dünyalar qarışıqlıqlı daha əvvəlcədən bütün başdan-başa islam şair və mistiklərində öz əksini tapıb. Bu Dev quruluş əsla Danteyə məxsus deyildir. O hər şeyi hazır tapdı.


Belə bir ekspozisionun Dantenin dəyərini aşağı saldığını zənn etmirəm. Bir sənət əsərində şair materialından istifadə elədiyi yaxud öncədən işlənilmiş ünsürlərdən soyuduğu zaman, ya da ayrılıqda çözələndiyində nəyin ona aid olduğunu və nəyin əlavə edildiyi anlaşılır. Şair oturduğu taxtın ayaqlarının hansı mərmərdən və hansı fil dişindən düzəldildiyini araşdırsaq, qorxunc görünəni taxtından düşürərik deyə qorxmamaq lazımdır.
Bir çox italyan üçün bu cür bir hərəkət qudsallığın üzərinə getməkdir, saldırıdır. Asin Palaciosun kitabı onların gözündə böyüyə qarşı işlənmiş cinayət kimi görünər. Ona qarşı sükut mövzusunda əl birliyi var. Dantenin klassik qaynaqların kənardakı qaynaqlardan istifadə etməsi şərəfsiz bir işmi? Mənə görə bu hərəkəti onu daha böyük göstərir. Geriyə müsəlmanların və bilginlərin ONA hansı dar və keçilməz yollardan gedib çatmağını açıqlamaları qalır. Bu gün biz köhnə dünya qardaşlığını boş bir düşüncə kimi qəbul edirik. Bu gün sərhədlər bir-birindən qopub. Millətlər ağac sərhədlərlə bir-birindən ayrılmaqdadır. Samolyotlar hücum və propaqanda üçün istifadə olunan dalğalar çarpışan-vuruşan ordular havada bir-birlərini tanımayıb inkar edirlər. Göy adəti üzrə ölkələr arasında yasaq bölgələrlə, divarlarla bölünmüşdür. Qədim dünya sonsuzca daha yumşaq, daha çox əlaqəyə açıqdır. O, hər anlamda onu qət edən yollar və izlərlə doludur. Çöldə xəbərlər elə bir sürətlə yayılırdı ki! Karvan sürücülərinin cibindən düşən qızıllar təsbeh dənələri, adəti üzrə nağıllardakı yolları işarəliyən, daş çınqıllıqları kimi ora-bura səpilib görünərkən, İsfahanın ticarət mallarının Tiflisdən Baltik sahillərinə qədər aparan yollar çəkilmişdir. Əcəmilər oraya əmbər aramağa gedirdilər. Digər yol Güneydən, İstanbul ticarət mərkəzlərindən keçir, Sicilya yaxud İspaniya yolu ilə Ağ dəniz turunu tamamlayırdı. Xristianlıq dünyasını İslam dünyasına bağlayan bu iki yoldur. Palermo, Qızıl Kulak içində portağal ağaclarının içərisində bu gün belə nəfis qonaqlarla xəfif İspaniya şatoları ilə bəzədilib gözəl bir İspaniya şəhəridir: Orda Suab Xanədanında Böyük Sezarı və Fridrik II Zənci yeni çərlərinin, yəhudi həkimlərinin, saz şairlərinin, ərəb alimlərinin, əsərlərinin və hərəmxanasının ortasında ehtişamla parıldayır. Həqiqətən buna baxmayaraq, Toledonun ehtişamı Kurtubanın sehri yanında Sicilya nə idi ki? Kurtubada şöhrəti dünyaya işıq saçan bilginlər yaşayırdı. Kurtuba isə kainatın incisi idi. XII əsrin başında Kastilya Şansolyesi Arşevek Raymondun bir tərcümə mərkəzi vardı. Orada islamın riyaziyyat, tibb, fizika, fəlsəfə, təbiət tarixindəki mövzusu, ən məşhur əsərləri latın dilinə çevrilir, bütün hesabların açarları iki xarüqə tapıntısı, cəbr və ərəb rəqəmləri Avropaya soxulurdu. «Fəstə yaxud Qahirədə meydana gətirilən hər hansı əsər» deyə yazırdı Renan. «Ən qısa zamanda, almanların önəmli bir əsərinin Reni aşacağı qədər bir gün içində Parisdə və ya koloniyada bilinir, tanınırdı». «Orta çağın ədəbityyat tarixi» deyə əlavə edirdi, «ancaq XIII və XIV yüzilin bilginlərinin oxuduğbu ərəb əsərlərinin listəsi tərtib edilincə tamam olur. Bütün Ortacaq atmosferi, Şərqdən və Xaçlılar Savaşı yoluyla dəstlənirdi: Dante onu hər yerdə içinə çəkirdi. Bu sandal ağacı parfümü bir ərzi-müqqəddəs hacısı, Qahirə yaxud Kurtubadan gələn bir tacir, bir İspaniya yəhudisi ikinci Fridrikin sarayının bir şovaliz tərəfindən gərilmişdi. Ədəbiyyatda ilk müəllimi, ustadı Brunetto Latini 1260-cı ilə doğru Alphonesə Le-Saqenin sarayında Guel Partiyasının elçisi olaraq bir neçə il keçirdi. O, qayıdışda Xəzinəsini oradan gətirdi. Bu xəzinəni sonra Danteyə verdi. Bu xəzinə bir çəkməcə kimi bütün Ərəbistan baharatı, qoxu və havası ilə dolu idi. Əsasən şairin hansı yoldan bütün bunları öyrəndiyinin nə önəmi var. O, İslama olan umulmayan simpatiyasını bizdən gizlətmədi. Heç bir şey onun həyatının bəzi anlarında Əbulala yaxud İbni Ərabini bir özətini gördüyü fikrini ağlımızdan çıxara bilməz. Stohkolm muzeyində zamanında hansı ciblərdə dolaşdığını bilmədiyimiz 2000 Sasani hikkəsinin var olduğunu gördüyümüzdən bunların Musulyada Basradan keçərək gəldiyindən şübhə edə bilmərik.
Əgər Romanı (xüsusilə Ortacaq Romasını) tam məhəlli və saf yerli olandan yaslarsaq, bu çox kiçik bir şey olardı. Roma təbiət üstü bir əxlaq yaradışı, çaşılacaq dərəcədə böyük siyasi bir görüntüdür. Ancaq bu cihazlardan əlavə o, çox az şey kəşf edib, icad edib. Sənəti isə təqliddən başqa bir şey deyildir. Parlaq tərəfindən baxdığımızdan assimilyasiyaetmə dühası və sirri ortaya çıxacaqdır.
Dante yüzillərin və dünya yollarının dörd yol ağzında, bax beləcə durub baxır: köhnə dünya ilə yeni dünya arasında, iki çağın rastlaşması ya da qaynaşmasında. Qrek İksiri ilə dərin Asiya və Zərdüşt mistikasını, təbiət üstünün, Kalde və Pers Pəri nağılları ilə qarışdığını, Şərq və Qərbin birləşdiyini söyləyib bu perspektivə əlavə etmək görəsən onu kiçikmi göstərir?
İnsanlıq, hər şeyi və ona aid olanları ancaq Tanrının biləcəyi qarmaşıq bir şeydir. Sahibi əsərini tanıyır: onu sadə, ya da müxtəlif göstərər. Biz onu öncə görmələrimiz, yaxud xor görüşümüzlə pozmayaq. Bu uyumun kökünü cəhalətimizlə məhv etməyək. Sırf can quləsi zarafatının tərəfində olmayalım. Bir müsəlman məscidinin mehrabının, bir xristian kilsəsinin qapı kəmərinin sönük bir xatirəsi olduğunu bilməyi nə qədər çox istərdim. Sofilik hikmətlərinin, çöldəki çobanlar misalında olduğu kimi, xristian əzabkeşliyinin inkişafına nələrsə borclu olduğunu bilmək xoşuma gələrdi. Mənə görə bəlkə də Avropanın ən gözəl abidəsi Kurtuba katedralıdır. Heç bir şey bir zəfər şərqisi kimi, bir müəzzinin məscid kölgələri və sütunları yanında işıldayan balaca GİL de SLOE kilsəsinin, qəfildən ortaya çıxdığı sehrli xurma kəmərləri altında dolaşma xoşbəxtliyi ilə bərabər ola bilməz. İslam və Xristian dünyasının uzlaşması, evlənməsi! Cənnətin zəfəri! Bu zəfər mənə xor şəklində söylənilən Simfoniyanın son alleqrosundakı nəşə dolu ilahi kimi gəlir. Bu Dantenin xristianlıqla şərq mənzərəsini birləşdirməsini və ilahi şerində Kurtuba Mədrəsəsi İmamının Aristo açıqlamasını, ərəb hekayəçinin nağılını, xaçlı hekayələrini, xəlifələrin xəzinəsini və Qudislə Antalyanın müqəddəs dastanını bir araya gətirməsinin zəfəridir.
Çevirəni: X.Telmanoğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir