04 Aralık 2024

Xulio Kortasar, 26 avqust 1914-cü ildə doğulmuş, əsasən Parisdə yaşamış Argentina nasiri və şairidir.O həyatın fantastikası və magik realizm elementləri daşıyan hekayələr, eləcə də “Klassiklik oyunu” və “62.Yığma üçün model” adlı mürəkkəb quruluşlu iki antiromanın müəllifidir.

*

 Səni qaşından sevirəm,

sevirəm saçının incə telindən,

  İşıqlar  oynaşan ağ dəhlizlərdə

Səndən danışıram,səni deyirəm

 dilimdən süzülən hər sözdə, adda.

Səni təmizləyirəm hər qanayan yarada,

taxıram saçına al-qırmızı gülləri,

boynuna yağışda yatan lentləri.

Səni canlı-qanlı istəmirəm mən.

Səni xəyalımda sevirəm qəlbdən.

Düşün, şir kükrəyir, sular çağlayır,

Bədənlər qıvrılır, həsrət çülğayır.

Şirin nağılların işığındasa

Qəzəblər əriyir, həsrət qovuşur.

Səni kəşf edirəm yaz sabahında

 Rəsmini çəkirəm qara taxtaya,

Sonra da silərəm, sən yox olarsan,

Üzün də, saçın da, özün də sənin

Silərəm, yox olar həm təbəssümün.

Səndə axtardığım mənalı sevgi,

Səndə axtardığım cövhərdir mənim.

Mənadır, Ay axıb şərabtək dolur

əyri qədəhlərə,vurur aynaya.

 Muzeydə insanı ürpərdən qədim

Və həzin izləri axtarıram mən.

Bir yandan da sevgim cövlan eyləyir,

Ürəyim hələ də səni istəyir,

Hələ davam edir zaman, sevgi və soyuq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir