03 Aralık 2024

Haaretz-in verdiyi məlumata görə, İsrailin baş naziri ilə bağlı mübahisəli xəbərlərdən sonra Benyamin Netanyahunun və bir neçə köməkçisinin karantinə alındığı təsdiqlənib.

Daha öncə KİV-lər Benyamin Netanyahunun məsləhətçisinin Netanyahu ilə görüşündən üç gün sonra müsbət elan olunduğu bildirilmişdi.

Bundan əlavə KİV ötən gün Netanyahunun məsləhətçisinin həyat yoldaşının da koronavirusa yoluxduğu barədə məlumat yaymışdı.

İsraildə sayı 10 nəfərdən çox olan qrupların qapalı məkanlarda toplaşmasına qadağa qoyulub.

Hazırda İsraildə koronavirusa yoluxanların sayı 4347 nəfərə çatıb və 15 nəfər həyatını itirib.

İsraildə virusun sürətlə artması səhiyyə sistemi ilə öyünən bu ölkənin Avropa ölkələrindən kömək istəməsinə səbəb olub. Netanyahu Almaniya kansleri Angela Merkeldən süni tənəffüs aparatları istəsə də Merkel ölkəsinin onlara kömək edə bilməyəcəyini söyləyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir