“Nobel mükafatı alandan sonra, daha heç nə yaratmırlar. Bu andan da onların yaradıcılığı itirilir.“
Sual:Oşho, mən yaradıcı olmaq istəyirəm. Bunun üçün nə etməliyəm?
Yenidən uşaq ol və sən yaradıcı olacaqsan. Yaradıcılıq bütün uşaqlara xasdır. Yaradıcılığın azadlığa ehtiyacı var – ağıldan azadlığa, biliklərdən azadlığa, qabaqcadan əmələ gəlmiş yanlış fikirlərdən azadlığa ehtiyacı var.
Yaradıcı adam,yeniliyi sınamağı bacarandır. Yaradıcı adam – robopat deyildir. Robopatlar heç vaxt heç nəyi yaratmırlar, onlar ancaq təkrar edirlər. Buna görə də təzədən, bir daha uşaq olun.
Sən, bütün uşaqların müstəsna istedadlı olduğuna, harada doğulmasından asılı olmayaraq, bütün uşaqların yaradıcı qabiliyyətə malik olduğuna təəccüblənəcəksən. Amma biz valideynlər onların yaradıcılq qabiliyyətinin mükəmmələşməsinə imkan vermirik, biz onların yaradıcılıq qabiliyyətini dağıdırıq, onların yaradıcılığını öldürürük, biz onların üstünə atılırıq. Biz onları, istədiklərimiz şeyləri düzgün etməyi, düzəltməyi öyrətməyə başlayırıq.
Yadda saxlayın, yaradıcı adam həmişə yanlış yolları sınaqdan keçirir. Siz öz işlərinizdə ancaq düz yolla gedirsinizsə, heç vaxt yaradıcı olmayacaqsınız, düz yol artıq başqalarının açdığı, artıq onların getdiyi yoldur. Bunun mənası odur ki, siz, əlbəttə, düzgün yolda gedərək çox şey edə bilərsiniz, istehsalçı, fabrik, zavod sahibi ola bilərsiniz, texnik ola bilərsiniz, amma yaradıcı ola bilməzsiniz.
İstehsalçı ilə yaradıcının arasındakı fərq nədən ibarətdir? İstehsalçı nəyisə düzgün, ən iqtisadi qənaət üsulu ilə istehsal edər, minimum səylərlə böyük nəticələr əldə edə bilər. O, istehsalçıdır. Yaradıcı nadinclik edir. O, nəyisə düzgün etməyi bacarmır, buna görə də onun axtarışları davam edir, müxtəlif istiqamətlərdə etdiklərini yenidən və yenidən bir də sınaqdan keçirir. Hər dəfə qeyri-düzgün istiqamətdə hərəkət edir, amma bu hərəkət istiqamətlərinin hamısında o, nəyisə öyrənə-öyrənə gedir. O, bu işdə daha sanballı olur. İndiyə kimi heç kimin etmədiyi nəyisə edir. Əgər düzgün yolla getsəydi, o, heç vaxt bunları edə bilməzdi.
Bu qısa tarixçəyə qulaq asın…
Bazar günü məktəbinin müəlliməsi öz şagirdlərinə müqəddəs ailənin portretini çəkməyi tapşırdı.
Şagirdlər rəsmlərini çəkib gətirəndə o, bəzi şagirdlərin ənənəvi səhnələr: müqəddəs ailə yelləncəkdə, müqəddəs ailə eşşəyin belində və buna oxşar şeylər çəkdiyini gördü.
Amma bir şagird şəkildə təyyarə pəncərəsindən boylanan dörd adam başı çəkmişdi. Müəllimə həmin şagirdi çağırdı və ondan: -Mən sənin üç başı-İsanın, Məryəmin və İosifin başlarını çəkdiyini anlayıram. Bəs, buradakı dördüncü baş kimindir? – soruşdu.
-A, – şagird təəccüblə cavab verdi, – bu ki, Pontiy Pilatdır!.
Bəli, bu əladır. Yaradıcılıq da budur. O, nəsə təzə bir şey açıqladı.
Amma bunu ancaq uşaqlar edə bilərlər. Siz bunu etməyə cürət etməzsiniz, gülünc vəziyyətə düşməkdən qorxarsınız. Yaradıcı isə belə vəziyyətlərə düşməkdən qorxmamalıdır. Yaradıcı, özünün hörmətlilik dediyi anlayışı riskə qoymalıdır. Ona görə də siz həmişə şairlərə, rəssamlara, rəqqaslara, musiqiçilərə heç də lazımı qədər hörmət bəslənmədiyini görürsünüz. Amma onlar hörmətə çatandan , Nobel mükafatı alandan sonra, daha heç nə yaratmırlar. Bu andan da onların yaradıcılığı itirilir.
Nə baş verir? Siz nə vaxtsa, Nobel mükafatı laureatının hansısa yüksək dəyərə malik yeni əsər yazdığını görmüsünüz? Bu adamların yeni yaradıcı, təzə nəsə etdiyini görmüsünüz? O, qorxur. O, indi nəyisə düzgün etməyəndə və yaxud nəsə ayrı cür alınanda nüfuzu sarsılacaq deyə qorxur. O, buna yol verə bilməz. Buna görə də ustad ən yüksək həddə çatanda, artıq ölüvay olur.
Ancaq öz nüfuzunu, vüqarını, hörmətini yenidən və yenidən ortaya qoyan, hamının yanlış sandığı, hərəkət etməyə dəyməz hesab etdiyi yolla gedənlər… hərəkətə davam edə bilərlər. Yaradıcı adamları həmişə dəli hesab edirlər. Necə olsa da, aləm onları tanıyıb qəbul edəcəkdir, amma çox gec. İnsanlar axır günlərinə kimi burada nəyinsə düzgün omadığını güman edirlər. Yaradıcılar – çox qəribə, qeyri-adi adamlardır.
Bir də yadda saxlayın: hər bir uşaq yaradıcılıq potensialı ilə doğulur. Bütün uşaqlar istisnasız olaraq, yaradıcı olmağa çalışırlar, amma biz bunun həyata keçirilməsinə imkan vermirik. Biz o saat onlara hər şeyi düzgün yerinə yetirməyi öyrədirik və onlar da, bunları düzgün icra etməyi öyrənən kimi robopat olurlar. Sonra da onlar yenidən, yenidən və yenidən düzgün şeylər etməyə davam edirlər və bunları nə qədər çox təkrar etsə, o qədər çox effektiv olurlar. Nə qədər çox effektiv olurlarsa, o qədər də çox hörmət qazanırlar.
Uşaqda, haradasa on dörd yaşla yetmiş yaş arasında, olduqca böyük dəyişikliklər baş verir. Psixoloqlar bu hadisəni, bu zaman nəyin baş verdiyini…və niyə baş verdiyini tədqiq ediblər?
Sizin iki beyininiz, iki beyin yarımkürəniz var. Beyinin sol yarımkürəsi yaradıcılığa malik deyildir. O daha çox texniki sahə yaradıcılığı mənasında inkişaf etmişdir, amma yaradıcılığa gələndə o tamamilə gücsüzdür. O bir dəfə öyrənəndən sonra nə isə edəcək və bunu da effektiv, mükəmməl və mexaniki icra edəcəkdir. Sol beyin yarımkürəsiəsaslandırılma, məntiqi, riyaziyyat yönümlü yarımkürədir. Bu, hesablamalar, diribaşlıq, nizam-intizam, qanun-qayda yarımkürəsidir.
Beyinin sağ yarımkürəsi onun tam əksinədir. Bu xaos, qeyri-nizam yarımkürəsidir; bu nəsr yox, nəzm yarımkürəsidir; bu məntiq yox, sevgi yarımkürəsidir. Bunda olduqca böyük gözəllik anlayışı var, bunda olduqca böyük orijinallıq xüsusiyyəti var – amma bu yarımkürə effektiv deyil və o effektiv ola da bilməz. Yaradıcı effektiv ola bilməz o, həmişə eksperimentlər aparmaqla məşğul olmalıdır.
Yaradıcı heç vaxt bir yerdə məskən salıb otura bilməz. Yaradıcı insan – bu avara adamdır o, öz mənzilini belində daşıyır. Bəli, o, haradasa qalıb gecələyə bilər, lakin səhər açılana yaxın o, orada olmayacaqdır, oradan çıxıb gedəcəkdir, buna görə də mən onu səfil, avara adlandırıram. O, heç vaxt ev, mülk sahibi ola bilmir. O, bir yerdə məskən salıb yerləşə bilmir, bir yerdə daimi yerləşmək, onun üçün ölmək deməkdir. O, həmişə riskə getməyə hazırdır. Risk ,onun üçün eşq macərasıdır.
Bunların hamısı da beyinin sağ yarımkürəsidir. Sağ yarımkürə uşağın doğulduğu andan fəaliyyətdə olur, sol yarımkürəsi isə hələ işləmir. Sonra da biz uşağı öyrətməyə başlayırıq – biliksiz olmaq mümkün deyildir. Bu oyuna – enerjinin sağ beyin yarımkürəsindən sol beyin yarımkürəsinə necə ötürülməsi lazım olduğuna, sağ yarımkürəsinin fəaliyyətini dayandırıb sol yarımkürəsini işə salmağa biz, artıq yaşadığımız uzun əsrlər boyu öyrənmişik. Budur, bizim məktəb təhsilimiz də bundan ibarətdir. Bu, bizim hələ uşaq baxçasından başlayaraq universitetə kimi aldığımız təhsil və maariflənmədir. Bu beyinimizin sağ yarımkürəsini dağıdıb sol yarımkürəsinin işləməsinə kömək etməyə yönəldilmiş səylərimizdir. Haradasa yeddi və on dörd yaşları arasında biz buna nail ola bilirik və bununla da artıq uşağın öldüyünü, uşağın dağıdıldığını fərz etmək olar.
Onda uşaq artıq daha vəhşi deyildir və uşaq vətəndaş olur. Onda uşaq nizam-intizama, dilə, məntiqə, nəsrə öyrənir. Məktəbdə rəqabət aparmağa başlayır, eqoist olur, yaşadığı cəmiyyətdə qəbul olunmuş bütün nevroz əlamətli şeylərə, hərəkətlərə alışır, daha yüksək hakimiyyətlə, pullarla maraqlanmağa başlayır, daha çox necə bilikli olmaq, hakimiyyət sahibi olmaq, daha çox pulu necə əldə etmək, böyük bir evi necə satın almaq və belə-belə şeylər haqqında daha çox fikirləşməyə başlayır. O, dəyişilir.
Onda beyinin sağ yarımkürəsi daha az işləməyə və yaxud da, ancaq sizin yatdığınız və dərin yuxuya getdiyiniz vaxtda işləməyə başlayır. Və yaxud da hərdən, sizin narkotikləri qəbul etdiyiniz vaxtda işləyir.
davamı var