21 Kasım 2024

Göran Sonnevi

Qısa şeirlər

Durub üzü dənizə

Sıxdım yumruğumu mən yaman hirslə

Bağırdım sonsuz üfiqlərə:

Ululuq millətindir,

Ənginlik dənizindir.

**

Uzandım sahildə çınqıl qumun üstünə

Verdim dodağımı gələn bu ilk dalğaya

Axdı içimə duzun xəfif tər təmiz tamı,

Ardınca ilıq bir işıq salamı.

Qalxdım qəhqəhələr  sovurdum göyə

Dolaşdım qayalıq sahildə yenə.

Sıxdım yumruğumu qopan tufana

Üç qurtum su uddum

Silkinib qalxdım,

Mənimlə ayağa qalxdı dəniz də.

**

Sürgündə badam gövdəsi

Sürgündə badam gövdəsi..

“Hökm şeirindir”

Şair isə

Heç nə eləyə bilməz

 Əsla bir başqa hökmə

O boyun əyə bilməz.

**

Dil sonsuz bir ağacdır,

Dil sonsuz bir ağacdır,

Aramsızca çoxalır,

Təptəzə köklər ilə.

**

Sənət

Sıcklovisiçin zənn etdiyitək

Geridə qalmışlıq deyildir sənət.

Bəlkə də gecikən dildir o bir az.

Bir yerə toplanıb özü-özünə

Açılıb eləcə çözülməsidir

Bənzərliklərin.

Açıqlıqdır hər cür yeniliklərə,

Lazımdır bir az da bu geriçilik.

**

Məcazda

Məcazda şiddət vardır

Özünə inanmamaq

Var həm məcazda.

O bilinməyəndə

Gizlənib həqiqət də.

Danışıq dili…

Mən yalnız

Olduğum dildə

Danışa bilərəm.

**

Həqiqət

Həqiqəti

Görə bilməz insan

Həqiqət-

Yalan itdiyində

Odur geridə qalan.

Ruscadan çevirdi:Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir