şeir
Səni bildim biləli,
ey çamır dünya,
başıma nə bəlalar gəldi,
nə möhnətlər, nə dərdlər gəldi.
Səni sırf bəla gördüm,
Möhnət gördüm, dərd gördüm.
İsanın yurdu deyilsən sən,
Ağnadığı yersən eşşəklərin.
Hardan tuş gəldim sənə bilmədim,
Hardan mən zərrəsi oldum bu yerin,
Vermədin bir udum şirin su mənə,
Süfrəni açdın açalı.
Əlimi ayağımı bağladın yenə,
Əl- ayağımın fərqinə varalı.
Qoy da bir ağac kimi
altından çıxarıb yerin əlimi
olum sarmaşdolaş sevgili havasına,
uzanıb gedim barı.
Dedim çiçəyə, ey çiçək, ,
Niyə bu körpə yaşda sən,
bu qədər qocaldın nədən,
niyə belə oldu bilmədən?
Uşaqlıqdan çıxdım, söylədi çiçək,
Sabah rüzgarını mən tanıyalı,
Daim yüksəklərə dartına gərək
Yüksəklərdən gəlmiş ağaç budağı.
Sonra da söylədi o narın çiçək:
Elə ki, əslimi tanıdım, dedi
Gördüm yerim mənim yersizlikdədir,
artıq mənə qalır tək bircə niyyət:
Ucalıb əslimə çatmaq gərəkdir.
Sus, yetər artıq,
var get qarış yoxluğa,
yoxluqla yox ol.
Get, o yoxluqdan tanı
yoxluqdan var olanı.