21 Kasım 2024

“Wights of Salem” adlı Yutub kanalında göstərilən videoda Yunan Parlementinin üzvü Dimitris Keridis  çarpıcı bir fikir açıqlayaraq dedi: “Biz hamımız Osmanlıların övladlarıyıq. Bəyənsəniz də, bəyənməsəniz də bu tarixi bir həqiqətdir. İnsan gələcəyini dəyişdirə bilər, amma keçmişini dəyişdirə bilməz. Keçmişimiz göstərir ki, biz Osmanlıların övladlarıyıq.”   

Kredis: “Universitetdə və akademik həyatda bütün xalqların hardasa bir az süni olduqlarını öyrənmişik və biz buna inanırıq. Bir çox millət son 200-300 ildə və ya yeni dövrün əvvəlində yaranmışdır. Bəzilərinin yaşı 200-dən, hətta 50 ildən daha gəncdir” deyə davam etdi.

Yunanların da süni bir millət olduğunu ifadə edən Keridis, “Demək olar ki, hamı süni millətlərdəndir və onlar siyasi müdaxilə ilə yaradıldı” dedi.

Keridis, yunanların soyqırımına məruz qaldıqları və etnik təmizlənmə iddialarının tamamilə yalan olduğunu ifadə edərək, əksinə, yunanların bir çox soyqırım etdiyini etiraf etdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir