21 Kasım 2024

Bilmiş ol, ey oğlum! (Allah bizi də, səni də, bütün müsəlmanları da uğurlu etsin) Öncə Allahdan gərəyincə qorxmağını, Ona itaət etməyini, Onun əmrlərinə uymağını və qoyduğu sərhədləri qorumağını (halal və haramı bilib qrunmağını) vəsiyyət edirəm. Oğlum! Bilmiş ol ki, Bizim bu yolumuz bu əsaslar üzərində qurulmuşdur:

 1- Allahın Kitabı,

2- Rəsulullahın (s.a.v.) sünnəti,

3- Könül sağlamlığını,

4- Səxavətli əli,

5- Xeyri artırıb yayqın hala gətirmək,

6- Əziyyət və cəfa etməmək, heç kimi incitməmək,

7- Müsəlman qardaşlarımızın bir çox yanılma, meyllilik kimi qüsurlarını xoş qarşılamaq, görməzliyə vurmaq.

Oğlum! Bilmiş ol ki, (Allah bizi də, səni də uğurlu qılsın!) Kasıblığın həqiqəti, sənin bir bənzərin olan kimsəyə möhtac olmamağındır. Zənginliyin həqiqəti də yenə sənin (yaradılışda) bir bənzərin olan kimsədən asılı qalmamağındır. Ona əl açmamağındır.

Şübhəsiz ki təsəvvüf, bir haldır, boş söz ilə məşğul olan kimsəyə belə bir hal gərək deyil. Bununla bərabər sən bir kasıb gördüyün zaman ona elmlə xitab etmə, yəni ilk olaraq elimlə başlama, mərhəmət və şəfqətlə başla. Çünki ilk qarşılaşmada elm onu uzaqlaşdırıb yabani edər.Ancaq mərhəmət və rəhmət onu əhliləşdirib yaxınlaşdırar.

Oğlum! Yenə bilmiş ol ki, (Allah səni də bütün müsəlmanları da uğurlu qılsın) təsəvvüf səkkiz özəllik üzərində quruludur:

1- Könüldən gələn səxavətlilik.

2- Allahın təqdirinə razı olmaq.

3- Qəza və bəlaya səbr etmək, xeyirli işlər görərkən dözümlü olmaq.

4- Mənəvi işarətə qapı açmaq.

5- Özünü Allahdan başqasıyla qərib saymaq, əsil qürbətin Allahdan uzaq qalındığı zamanlar başladığını bilmək.

6- Qaba yundan hazırlanan paltar geyinmək. Yəni, geyim və görünüşdə sadə olmaq.

7- Yer üzündə Allahın fərqində olup daima ibadət üçün gəzib dolaşmaq.

8- Kasıblığını mənimsəmək. Üsyan etməmək, haram yoldan qazanmaqdansa kasıb qalmağı üstün tutmaq.

Könüldən gələn səxavətlilik, İbrahim Peyqəmbərin (ə.s.) özəlliyindəndir. İlahi təqdirə razı olmaq İshaq Peyqəmbərin, səbr Əyyub peyğəmbərin , mənəvi işarətə qapı açmaq  Zəkəriyya peyğəmbərin, Qürbət  Yusuf Peyğəmbərin, qaba yundan hazırlanan paltar geyinmək Yəhya peyğəmbərin özəlliyidir. Daim ibadət üçün gəzib dolaşmaq İsa Peyğəmbərin özəlliyidir. Kasıblığı mənimsəmək Allahın nəbisi, rəsulu, sevgilimiz, əfəndimiz, şəfaətçimiz, hz. Muhəmməd Mustafanın (s.a.v.) özəlliklərindəndir. Allah onu çox şərəfli qılsın, onun şərəf və etibarını artırsın!

Oğlum, zənginlərlə izzət və şərəfini qoruyaraq; kasıblarla da  təvazökarlıqla görüşüb dostluq et! Hər işində İxlas tərəfdarı ol! İxlas,  xalqın  işlədiyi əmələ baxıb-baxmadığını unutmağındır. Allahın da daim  o iş və əməli gördüyünü yaddan çıxartmamağındır.

Kasıblara bu üç qüsuru nəzərə alaraq xidmətdən geri qalma:

1- Onlara qarşı hər zaman təvazökar ol və görün.

2- Gözəl əxlaqın örnəklərini göstərməyi unutma.

3- Nəfsini hər cür kir və pasdan təmizləyib saflaşdır.

Nəfsini öldür ki, həyat tapasan!

– Xalqın Allaha ən yaxın olanı əxlaq yönündən ən gözəl və ən yüksək olanıdır.

– Əməllərin ən üstünü, sirrə diqqət edib qulluqda Allahdan başqasına yönəlməməkdir.

– Kasıblarla birlikdə olduğun zaman onlara səbri və bir də haqqı tövsiyyə et!

– Dünyadan sənə iki şey yetər: Kasıblarla söhbət, böyüyə hörmət.

Oğlum! Səndən aşağı olanlara hücum etməyin zəyifliyin əlamətidir. Özündən üstünlərə  hücum etməyin  isə qürrələnməyin işarətidir.

 Bu, mənim sənə olan vəsiyyətimdir. Eyni zamanda eşidən müridlərimə də vəsiyətimdir. Allah səni də, bizi də yuxarıda söylədiyim və açıqladığım xüsuslarda uğurlu qılsın; bizi, bizdən öncə gedən alimlərin  yolunda yürüyən və onların davamçıları olan qullarından eyləsin! Duamızı, əfəndimiz, peyğəmbərimiz, şəfaətcimiz hz. Muhəmmədin (s.ə.v.) hörmətinə qəbul buyursun. Çoxlu səlat u səlam Peyğəmbərimizə, Onun xanədan və əshabına olsun və qiyamətə qədər davam etsin!

Araşdırmaçı yazar Mənsur H.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir