25 Kasım 2024

ƏBÜLFƏZ ELÇİBƏYİN ŞEİRİ

Qara qaplanların qalxdı, çilədi,

Dədəm, gözün aydın, ay gözün aydın.

Ceyranların Təbriz yönü mələdi,

Dədəm, gözün aydın, ay gözün aydın.

Araz axır, Kürə dəyir durulur,

Dəli könül ay-ulduza vurulur,

Bugün-sabah Xudafərin qurulur,

Dədəm, gözün aydın, ay gözün aydın

Əbülfəz Elçibəyin Xudu Məmmədova yazdığı şeir. O bu şeiri 1989-cu il “Meydan” qəzetinin 2-ci sayında imzasız çap etdirir. İmzasız yayınlanmasının səbəbini soruşanlara isə belə cavab verir:”Bu şeiri Xudu müəllimi tanıyan istənilən azərbaycanlı yaza bilərdi, çünki Xudu müəllimin Bütöv Azərbaycan haqqındakı arzuları onu tanıyanların hamısına məlum idi”

Böyük Elçibəyi, Haqqa qovuşduğu bu gün rəhmətlə anırıq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir