06 Temmuz 2024

“Hədəf  nəşrləri” gözəl bir işə imza atıb. Azərbaycan ordusunun 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş general-mayoru Polad Həşimova kitab həsr edib. Kitabda generalın ailə üzvləri, cəbhə yoldaşları, əsgərləri və digər insanların Polad Həşimovla bağlı xatirələri yer alıb. “Polad Həşimov fotolarda” bölməsində isə uşaqlıq illərindən başlayaraq generalın həyatını əks etdirən şəkillər təqdim olunub.Hədiyyə məqsədi ilə yayımlanan kitab əziz şəhidimizin xatirəsinə kiçik bir töhfədir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir