ÇİÇƏYİMDƏ GİZLƏDİM ÖZÜMÜ
(Şeirlər)
Sağlığında toplum içinə çıxıb tanınmayan, dünyanı balaca otağına sığdıran, lakin ölümündən sonra 6 min şeiri tapılıb qısa müddətdə məşhurlaşan Amerika şairi.
***
Çiçəyimdə gizlədim özümü
Gizlədim özümü çiçəyimdə mən
Yaxanda gəzdirdin sən də bilmədən.
Gəzdirdin heç şübhə etmədən məni ,
Mələklər bildilər olan bitəni.
Gizlədim özümü çiçəyimdə mən
Aramla solduqca güldanında, sən
Mənim yerimə də hiss eləyirsən,
Duyursan hardasa kimsəsizliyi.
Ağlına gəlməsə də.
***
Gəl unudaq, könül, onu
Ey könül, bu gecə gəl unudaq biz,
Gəl, birgə unudaq onu ikimiz.
Unut istisini, unut sən onun.
Mən də işığını yox bilim artıq.
Mənə xəbər elə unutduğunda,
Mənim fikirlərim qorxuram donar.
Tez elə ləngimə, qorxuram birdən
Yaddaşım oyanıb yadıma salar.
Çevirdi:A.Nəbi