24 Kasım 2024

Məşhur Yəmən türküsünün mövzusu kədərli bir hadisədən götürülüb. 1905-ci ildə Harput qışlasından gedən Yəmən taburu Huş yolunda şəhid olmuşdur. İllərdir dillərdən düşməyən Yəmən nəğməsində sözü gedən Huş yolu budur.

Havada bulud yox, bu nə dumandır
Məhlədə ölü yox bu nə şivəndir
Bu Yəmən elləri nə də yamandır.

Ah o Yəməndir gülü çəməndir,
Gedən gəlməyir əcəb nədəndir.
Burası Huşdur yolu yoxuşdur,
Gedən gəlməyir əcəb nə işdir?

Qışlanın önündə çalınır sazlar,
Ayağı yalınayaq ürəyi sızlar.
Yəmənə gedənə ağlayır qızlar.

Ah o Yəməndir gülü çəməndir
Gedən gəlməyir əcəb nədəndir
Burası Huşdur yolu yoxuşdur
Gedən gəlməyir əcəb nə işdir

Qışlanın önündə rədif səsi var,
Baxın çantasına görən nəsi var,
Bir cüt kundurası bir də fəsi var.

Ah o Yəməndir gülü çəməndir
Gedən gəlməyir əcəb nədəndir
Burası Huşdur yolu yoxuşdur
Gedən gəlməyir əcəb nə işdir

Qışlanın önündə gəzirlər qazlar
Əlim qolum ağrır ürəyim sızlar.
Yəmənə gedənə ağlayır qızlar

Ah o Yəməndir gülü çəməndir
Gedən gəlməyir əcəb nədəndir
Burası Huşdur yolu yoxuşdur
Gedən gəlməyir əcəb nə işdir

Qışlanın önündə bir binək daşı
Yoxlama bizimdi binbaşı
Səfərə gedərlər çavuş onbaşı.

Ah o Yəməndir gülü çəməndir
Gedən gəlməyir əcəb nədəndir
Burası Huşdur yolu yoxuşdur
Gedən gəlməyir əcəb nə işdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir