24 Kasım 2024

Bu virus çıxdığı gündən bəri bir çoxları mənim fikrimi soruşur. Mən ilk gün də, indi də eyni  düşüncədəyəm. Bu virus, şübhəsiz ki, bir bəladır. Hətta, gələcəkdəki daha böyük və dağıdıcı bir cəzanın ilk əlamətidir.Təəssüf ki, bu bədbəxtliyə görə biz özümüz məsuliyyət daşıyırıq.

Əslində, Uca Allah Şura surəsinin 30-cu ayəsində bildirmişdir:” Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahlarınız (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər…”

Hər bədbəxtlik kimi, bu bədbəxtlik də göydən enmişdir.Buna görə də yerdə boşuna bir şey axtarmayın.

Bu virus ağıllı bir virusdur. Çünki onun, həqiqətən də bir marşrutu və hədəfi var.Düşünürəm ki, onun ünvanı, hətta siyahısı da var.İndiyə qədər də marşrutundan heç sapmadı.

Koronavirus şərqdə Çinin Vuhan şəhərində başladı.Oradan qərbə yayıldı.Bəzi ölkələrə dəymədən keçdi,  Xomeyninin məzarının yerləşdiyi Qum şəhərində dayandı. Oradan Türkiyəyə toxunaraq buradan da İtaliyanın moda və zənginlərin olduğu Lombardiya bölgəsinin mərkəzinə keçdi.

İtaliyaya yayıldıqdan sonra, əcdadlarının ərəb uşaqlarını qılıncladığı İspaniyanı darmadağın etdi. Fikir verin: koronavirus İspaniyanı məhv edərkən, qulağının dibindəki Portuqaliyaya zərər vermədi.İspaniya koronavirus ilə mübarizə apararkən, Fransa rahat idi. Virusun İspaniyadan sonrakı hədəfi isə Fransa idi.

Fransa  dəhşətli günlər yaşadı.Bu zaman İngiltərə hələ dadını görməmişdi deyə virusu lağa qoyurdu. Hətta, sürü strategiyası kimi absurd planlar da qururdu.Koronavirus Fransadan sonra dənizi keçərək İngiltərəyə çatdı. İngilislər lağ etdikləri virusun qısa müddətdə dəhşətini gördülər.Ölülərinə  tabut çatmırdı.

Həmin o günlərdə Amerikada bir yoluxma belə yox idi. Tramp Avropanın halına gülərək ehtiyat tədbirləri təklif edirdi.Bu vaxt Avropadan Amerikaya gələn bütün uçuşları dayandırdı. Uçuşlar dayandı, ancaq virus dayanmadı. Virus anlaşılmaz şəkildə okeanı keçib Amerikanın ən qərb hissəsi olan Nyu-Yorkdan ölkəyə girdi.

İndi sual budur: Uçuşlar dayandırılmış, gediş-gəliş yox ikən virus Amerikaya necə gəldi çatdı ?

London ilə Nyu-York arasında 5 min 567 kilometr məsafə var. Bu virus 5567 kilometrlik dənizi keçərək Amerikaya necə çatdı?

    Bu sualın cavabı tapılsa bütün sualların cavabı tapılar.

Koronavirus ərəb əlifbası kimi sağdan sola hərəkət etdi. Başqa sözlə, şərqdə doğuldu, qərbə doğru irəlilədi. Ancaq virusun yolundakı başqa bir detal diqqətimi çəkdi.

VİRUS ZÜLQƏRNEYN ƏLEYHİSSƏLAMIN yoluyla gedir.

 Şərqlə qərb arasında getdikdən sonra öncə şimala, sonra cənuba döndü. Zülqərneyn adının müxtəlif mənaları olduğu deyilir. Onlardan biri  də “İki qütb (əsr, və ya şərqlə qərbin, gecəylə gündüzün) sahibi” , yəni Zülqərneyn şərq və qərb deməkdir. Buna görə də ona “şərqin və qərbin sahibi” mənasını verən “Zülqərneyn” deyilirdi.

Kəhf surəsi də 86-cı ayədə yazılmışdır: “Nəhayət, günəşin batdığı yerə gələndə onu (sanki) qara lilli bir suda batdığını gördü.”

Kəhf surəsinin 90-cı ayəsi fitnəyə işarə edir: “Günəşin doğduğu yerə çatanda, onunla günəşin arasına örtük qoymadığımız bir tayfanın üzərində yüksəldiyini gördü.”

Kəhf surəsinin 92-ci ayəsi:”Sonra şərqə və qərbə, şimaldan cənuba paralel olan üçüncü bir yola çıxdı.”

Avropa və Amerika virusla mübarizə apararkən, şimal və cənub ölkələrində, xüsusən də, Rusiyada heç bir hadisə olmamışdı.

Yəni, fikrimcə, bu virusun yeni marşrutu Zülqərneynin yolu kimi şimaldan cənuba doğru olacaq. Rusiya, Kanada və hazırda virusa yoluxmayan şimal ölkələrində tezliklə qırğın olacaq. Oradan da cənuba gedib oradakı ölkələri qıracaq. Beləliklə də, şimaldan cənuba enərək ilk turunu başa vuracaq.

Olay tam olaraq gözlədiyim kimi oldu.Şimal ölkələrindən Rusiya, Kanada, İsveç və hətta Yaponiyaya qədər bir çox ölkədə virus tüğyan etdi.  Oradan güneyə doğru enməyə başladı. Meksika, Braziliya, Çili və Peru kimi ölkələrdə dağıdıcı təsirini göstərdi. Hindistandan Asiya tərəfinə enərək Cənubi Afrika Respublikasına çatdı.

Bu proses hələ də davam edir. Budur, bu yerdə ikinci kritik sual verilməlidir:

Koronavirus ilk turunu tamamladıqdan sonra nə olacaq? Bunun da cavabı var.

Amma mənim bildiyim maddi, yəni sağlamlıq və elm haqqında deyil. Mənim bildiklərim tamamilə mənəvi bilgidir.O da budur: ibrət almayıb azğınlığa davam etsək, vəziyyət bundan daha da pis olacaq. Keçmişdə bunun bir çox nümunəsi yaşanıb.

Demək istəyirəm ki, bilinməyən və təəccüblü bir vəziyyətlə qarşılaşmamışıq.Əksinə…Özünü lap açıq-aşkar göstərərək gələn bir bədbəxtliklə qarşı-qarşıyayıq.

Əvvəldə dediyim kimi bu hələ əsl fəlakət deyil, sadəcə xəbərdarlıq atəşi idi.Uca Allah ağlımızı başımıza gətirmək istədi.

Hər fəlakət və əzabdan əvvəl etdiyi kimi yenə də bir xəbərdarlıq göndərdi. Təəssüflə deyəcəyəm ki, nə ümmət, nə millət və nə də dövlət olaraq biz buna əhəmiyyət vermədik. Uca Allahın mesajını düzgün oxuya bilmədik. Hətta, bunun ilahi bir mesaj olduğunu görmədən “Pandemiya, Pandemiya” deyərək özümüzü aldatdıq.

Nə tövbə etdik, nə də səcdə edib bağışlanma dilədik. Nəticədə çox böyük bir səhv etdik, etməyə də davam edirik.

Hələ vaxtımız var, amma çox qısadır.

Bu dar zamanda  fərdi olaraq, ümmət və ya hətta, tək insan olaraq əhli kef kimi  yaşamağa davam etsək, yəqin də ki, edəcəyik, onda bu payızdan başlayaraq qara tüstü hamımızı bürüyəcək. Bax, o zaman yalnız Allahın həqiqi əsgərləri sağ qalacaq.

Bəşəriyyət yarandığı gündən bu böyüklükdə bir hadisəylə üzləşməmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının dediyi kimi, bundan sonra gələcək, heç vaxt dünən kimi olmayacaq.

Mərhəmətli və Rəhmli olan Uca Haq mərhəməti, rəhməti və şəfqəti ilə insanlığı qorusun.

Mətin Özər

Xəbərvitrini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir