04 Temmuz 2024

Şair Əhməd Zeytunçu şeirlə yanaşı satirik hekayə və publisist məqalələr də yazır.Yeddi yüzdən artıq şeiri müxtəlif yerlərdə çap olunsa da, hələlik şerilərini və hekayələrini bir kitab halında çap etdirməyib.

SİQARETİN ÇƏKDİYİ ADAM

Siqaretin çəkdiyi adam

Püfüldəyərək ağır addımlarla

yoxuş yuxarı gəlir aramla…

Kürəyində çırıq köhnə bir çanta

Heybəsində əski bir ömür yaman cızıq cızıqdı

əlində bir qəzet, at yarışı səhifəsində

gözlərini qəzetə yapışdırmış

saçlarının arasında

udanı olmayan bit yarışı

həyatı sürükləyir alnında kim bilir kimin qarışı

bir tutdursa bəxti gətirəcək….

ertəsi gün paxlava börək yeyəcək…

Ağır ağır yolda yeriyir

Bəlkə də

Fərqində deyil bir ömür çürüyür…

Bir tutdursa üzü güləcək

guya qurtulacaq borclardan

qurtulacaq həm keçmiş həm gələcək…

Siqaretinin çəkdiyi adam

Püfhapüh məqamında keçib gedir önümdən

Kürəyində cırıq köhnə bir çanta İçi dolu kədərlə, içi dolu yaşantıyla

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir