04 Temmuz 2024

Tarixi və bədii kitablardan oxuyub varlığı ilə qürur duyduğumuz bəzi tarixi şəxsiyyətlər, deyəsən heç yaşamayıblar.Yaxud da tarixdə bilindikləri qədər də qoçaq və seçilmiş olmayıblar.Həmin 7 şəxsi tanıyaq:

1. Homer- dünyanı gəzən və balladalar söyləyən, “İlliada” və “Odisseya” adlı iki böyük əsərin müəllifli olan qədim yunan şairidir. Ancaq elm adamları şairin gerçək həyatını təsdiq edən bir dənə belə sənədə rast gəlməyiblər. Hətta, ehtimal olunur ki, “İlliada” ilə “Odisseya”nın yazılma tarixləri arasında 100 il fərq var.Belə ki, bəlkə də ağızdan- ağıza keçən bu şeirlərin qələmə alınması 100 il sonra olub və onu yazan Homer adlanıb.

2. Ekranlaşmış əfsanələr və kitablar sayəsində məşhurlaşmış Kral Artur xarakterinin varlığına çox az adam şübhə edir. Əslində isə, tarixi salnamələrdə belə bir ad yoxdur, ancaq Britaniyalıları idarə edən bu adda başqa bir kral olmuşdur.O da cəsarətli idi və saksların düşmən hücumundan uzun müddət qorudu. Adı Ambros Avrelian idi. Onun hökmdarlığı illəri ilə uydurma Artur və onun dəyirmi masa cəngavərlərinin qəhrəmanlıq illəri eyni vaxta düşür. Cəsur və nəcib Kral Artur isə hər şeyə rəğmən ingilislərin sevilən qəhrəmanı olaraq qalır.

3.  Gerçək varlığı şübhə altına alınan önəmli şəxsiyyətlərdən biri də İsa Məsihdir. Mövcudluğunun vacib sübutlarından biri, o illərin dini mətnləri və əlyazmalarıdır. Alimlər İncilin İsa Məsihin yaşamasından yüz il sonra yazıldığına dair dəlil tapıblar. Yəni bu, onun varlığının sübutu ola bilməz. Başqa bir dəlil isə İsa öldükdə büküldüyü Turin kəfənidir. Müasir radiokarbon tədqiqi bunun 1-ci deyil, yalnız 14-cü əsrdə yaradıldığını sübut etdi. Eləcə də tapılan bütün qədim yazılar İsrail mağarasında tapılıb, məzmunca fərqlidir və bir çox uyğunsuzluğu var.

 4. Janna d’Ark mədəni və tarixi bir fenomendir. Gənc Orlean çobanı uzaqgörən, hərbi işlərdə səriştəli və əla sərkərdə idi. Üstəlik o, Allahla da ünsiyyət qura bilirdi. Bütün bunlar gənc, təhsilsiz bir qız üçün ağlasığmazdır. Tarixçilər Janna d’Ark obrazının düşməni qorxutmaq və Fransız ordusunun ruhunu yüksəltmək üçün xüsusi olaraq yaradıldığına inanırlar. Deyilənə görə, bu bir neçə qəhrəman qızın bir adda toplanmış obrazdır. Orlean qızının edam edilməsi faktı isə gerçəkdir. Məhkəməni və odda yandırmanı təsdiqləyən sənədlər var. Lakin edamdan sonra daha bir neçə qız Janna d’Ark olduğunu iddia etmişdir.

 5. Lao Tzu – daoçuluğun əsasını qoyan qədim Çin filosofudur. Rəvayətə görə, filosof qəddar və düşkün bir mühitdə yaşayırdı.O bütün həyatını sadəlikdən bəhs edən kitab yazmağa həsr edib. Bu kitab onun dininin əsasını təşkil edirdi. Ancaq tədqiqatçılar kitabın eyni müəllif tərəfindən yazılmadığını sübut ediblər. Tarixçilər, bir qrup qədim Çin filosofu Lao Tzu təxəllüsü ilə  işləyərək  nəhəng bir mədəni irs qoymuşlar, deyə düşündürlər.

6. Villiam Şekspir şübhəsiz ki, yaşamışdır. Ancaq tarixçilər onun savadlı bir insan olduğuna dair bir dənə də olsun dəlil tapmayıblar. Şekspir sadə bir ailədə anadan olub və kübar cəmiyyətin quruluşunu və saray həyatının əsaslarını bilə bilməzdi. Tarixçilər iddia edirlər ki, o dövrün bir və ya bir neçə yazarı böyük dramaturqun təxəllüsü ilə yazmış ola bilərlər. 

7.  Robin Hud varlıların qorxusu, kasıbların qoruyucudur. Ədalət tərəfdarı və həmişə əlində yayla ox tutaraq köməyə gələn qəhrəman bir quldurdur. Robin Hud və Şervud meşəsi haqqında o qədər əfsanə və hekayələr var ki, belə bir qəhrəmanın varlığına inanmağa başlayırsınız. Ancaq qeyd etmək lazımdır ki, İngiltərədə Robehod adı istənilən quldura deyilirdi və  buna görə Robin obrazı da müxtəlif obrazların birləşməsi ola bilər. Müxtəlif tarixi sənədlərdə tapılan müxtəlif qeydlərdə də fərqli insanlar təsvir edilir.

Əlbəttə ki, bunlar fəziyyələrdir.Tarix artıq bilinməzliyə bürünmüşdür.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir