07 Mart 2026
uzayy

Bu yaxınlarda yenə də Yer planetinə bir metor sürətlə yaxınlaşır xəbəri gəldi. NASA-nın meteorit zənn etdiyi obyekt, sən demə öz kosmik gəmisi imiş. “İndependent” qəzetinin verdiyi xəbərə görə, Sakit Okeanın cənub bölgəsinə düşən gəmi heç bir can və mal itkisinə səbəb olmamışdır.

Yerə düşən meteor  sanılan bu qurğu, əslində Nasanın araşdırma məqsədi ilə kosmosa göndərdiyi gəmidir. 1964-cü ildə buraxılan Orbital Geofizika Observatoriyası 1 (OGO-1) adlı kosmik gəmi 5 il xidmət etmiş və 1969-cu ildə elm adamları artıq bu  gəmidən məlumat əldə edə bilmədikləri üçün onu gözləmə rejiminə  keçirmişdilər.

Maraqlıdır ki, 1969-cu ildən bəri kosmosda başıboş dolanan bu qurğu illər sonra “vətən həsrətlisi” kimi qayıdıb doğma yurduna Yerə düşüb.

Marsın sərt şərtlərində işləyən NASA-ya məxsus Mars Reconnaissance Orbiter (MRO) adlı kosmik gəmisi bir çox kəşflər etmiş,  NASA isə uzun illərdir Mars üzərində araşdırma apararaq Qırmızı Planetdən yeni görüntülər əldə etmişdir.

iklim.az

3 thoughts on “Kosmik gəminin vətən həsrəti

  1. Your blog consistently captivates me throughout. I simply stop reading without absorbing every single word you write.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir