Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
ƏdəbiyyatTərcüməÜmumi

Meksika: Alfonso Reyes Oçao

By İklim
11 Sentyabr 2020 1 Min Read
1

              OX UÇUŞDA DİRİDİR

Alfonso Reyes Oçao (1889-1959) Meksikalı yazar, filosof və doplomatdır.Beş dəfə Nobel Ədəbiyyat mükafatına namizəd göstərilib və təəssüf ki, bu mükafat ona verilməyib.

Qılığına gir göy gurultusunun

Versin sənə  sehrini.

Mat qalma ki, ən saf bal –

Zəhərə verir zaval.

Birdən gözümü yuman

Yüngülcə bir mürgüylə

zamanı oyanmadan

ovcuma toplayıram.

Günün həngaməsinə

qəsdən susub baxaraq

özündən çıxarıram.

Bir anlıq parıldayan qığılcım zərrəsidir

Ordakı gur işığın.

Dilsiz o lal qəlbdə də

Sevgi sevgi olacaq.

Söz azalır, az-saz söz

Tanrıdan enəndi söz

Hər sətirdə qan qovrulur,

Hər damlada kainat var.

Bir nöqtədə dolanıb

Top, orta dayanır.

Oyan xəbərin olsun

bir an əbədiyyətdir.

Tələs xəbərin olsun

Ox uçuşda diridir,

Dəlməksə qədəridir.

Sən də, mənim şən nəğməm, –

Gəl susaq, vaxt gəlibdir.

Rus dilindən cevirən: A.NƏBİ

Author

İklim

Follow Me
Other Articles
Previous

Ən müqəddəs eşq atəşi

Next

Ayişə Nəbi

One Comment
  1. Tahirə dedi ki:
    11 Sentyabr 2020 tarixində, saat 12:41

    !!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme