04 Temmuz 2024

(27 oktyabr 1932-11 fevral 1963) Amerikalı şair, romançı, qısa hekayə yazarı.İntihar etdi.

KƏNAR

Kamilliyə çatdı qadın

Ölü

Bədəni bir zəfər gülümsəməsinə bürünmüş

Bir Yunan əzəmətinə aldanmış

Tuğunun qıvrımlarında axmaqdadır,

Çılpaq

Ayağı danışır elə bil:

Yol buraya qədərdir, artıq sondur.

Hər ölü uşağa ağ bir ilan dolanmış.

Artıq boşalmış,

Kiçik süd fışqırdanlara da bir-bir.

Qatlayıb qoymus onları geriyə vücuduna

Solmağa başlayan bir baxçada

Gecə çiçəklərinin şirin,

Dərin ciyərindən gələn qoxular qanarkən

Yumulan bir gülün yarpaqları kimi.

Ay da üzülməsin, yox üzülməsin,

Sümük çalmasının içindən baxır.

O belə şeylərə çox alışqandır.

Taqqıldadır qaralıqlarını və sürükləyir ardınca.

Rus dilindən çevirmə A.Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir