04 Temmuz 2024

Səfərbərlik

Kəndin tənha qara damlarında

Gözlərimi dolunaylar əmərkən

Döşlərindən asılmışdım anamın,

Kəsilmişdim ağlamadan, gülmədən.

Tarlada sarı sünbüllər anamı gözləyər,  

Anamda anasının yoxdur artıq qorxusu.

Uzaqlara səfərlər çoxdan idi bitmişdir,

Yatmır daha yollarda yarı çılpaq ölülər.

Neçə nəslin yeri-yurdu bilinmir,

Nənəm bir tarlaya basdırmış anasını.

İndi güllər-çiçəklər bürümüşdür oranı,

Donunun o qırmızı yeləni görünməyir.

Bu neçənci anadır kəfənsiz gömülən,

Sonra sarı bir sünbüldə o gülən,

Anamın anası acıların dağıydı,

Səfərbərlik illərindən söyləyər,

O bir dərd yumağıydı.

Oturanda səssiz olurdu hər yan,

Qalxanda edirdi hər kəs hərəkət,

Nəyə əl vurdusa oldu bərəkət.

Qorxu keçməz idi qapısından,

Div kimi durardı dünyaya qarşı

Belə olmalı Rza Çavuşun xanımı.

II.

Kopdan Çanaqqalaya

Dolanır altı cəbhə.

Vuruldu atanda dan,

Düşdü yerə vətən vətən.

Bir güllə topuğuna,

Biri dəydi alnına.

 Əsir aldı  ’Urus’un əsgərləri,

Açıldı San-peterburda gözləri.

Ayaqları günlər idi yalındı,

Bədəni yaralı və yorğundu,

İllərdən də küskün,

Davam edirdi sürgün.

Oturarkən bir dağ kimi çökərdi,

Batum !… deyər, arxası da gəlməzdi.

Tozanaq qar yağardı,

O durmadan ağlardı.

Geridə nə ev qalmış, nə də ocaq,

Nə qadını, nə də qab-qacaq,

Nə uşaq, nə oyuncaq.

Gözləri hey uzaqlara baxardı,

Təpədən dırnağa vüqardı.

Sentyabr… sabahdı,

Əlini alnına qoydu,

Bir bükmə tütün bükdü ,

Bir topuğuna baxdı,

Bütün keçmişi yaxdı,

Bir yanıq ürək

Bir ovuc kül qaldı.

1 thought on “Hayreddin Yazıçı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir