04 Temmuz 2024

Oxucunu uzun illər boyu öz təsirində saxlayan əsərlər yaradan ingilis yazarlarını sizə təqdim edirik.  O yazarları və onların bəzi məşhur əsərlərinin adlarını siz də bilin.  

Beovulf dastanı

   Beovulf (“Ölümsüz Döyüşçü”) bu günə qədər ingilis ədəbiyyatında ən məşhur əsərlərdən biridir. Əsərin dəqiq tarixi bilinməsə də, VII-XI əsrlər arasında yazıldığı ehtimal olunur. O tarixin olayları az gəlib çatsa da, Beovulf dastanında dövrün önəmli qəhrəmanları, padşahları və canavarlarından bəhs edilir.Dastanda qəhrəman Beovulf, Qrendel adlı canavarla döyüşür və onu məğlub edərək kral olur.

Cefri Çoser

   İngilis ədəbiyyatının atası və orta əsrlərin ən yaxşı şairi kimi tanınan Cefri Çoser “Kantenbir hekayələri” ilə məşhurdur. Tomas Bekketin Kantenbirdəki türbəsinə getmək üçün yola çıxan bir qrup zəvvar və yolda bir-birlərinə danışdıqları əhvalatlar İngilis ədəbiyyatındakı ən uzun şeirlərdəndir. Üstəlik, Çoser tərəfindən tamamlana bilməmişdir. O dövrdə əsərlərin əksəriyyəti latın və fransız dillərində yazıldığı halda, Çoser orta əsrlərin ingilis dilindən istifadə edərək dilin inkişafına böyük töhfə vermişdir. İngilis dilində yazılmış ilk əsərlərdən biri olduğu üçün şeir böyük önəm daşıyır.

Vilyam Şekspir

İngilis ədəbiyyatı dedikdə ağla gələn ilk ad Şekspirdir. Elizabet dövrünün ən məşhur əsəri “Romeo və Culiyetta”dır. Şair mənasını verən Bard adı ilə də tanınan müəllifin həddən artıq çox əsəri var. Təkcə Hamletin “Olum, ya ölüm, bütün məsələ budur!” deyimi dünyanın dilindən düşmür. Öz dəsti xətti ilə böyük təsirə malik olan Şekspir haqqında fərqli söhbətlər olsa da, o, ingilis ədəbiyyatının ən vacib və əvəzedilməz yazıçısı və şairidir.

Vilyam Vordsvort

İngilis ədəbiyyatı dedikdə ağla ilk gələn adlardan biri Vilyam Vordsvortdur. Romantizm hərəkatının öncüllərindən olan şair əsərlərində, xüsusilə təbiət sevgisini tərənnüm edir və İngiltərənin Göl Bölgəsi adlanan bölgəni, sanki bizə göstərir. “Bulud kimi tək gəzdim” şeiri daha çox sevilir, burada şair  çobanyastığı gülünü Sənaye İnqilabındakı insanlara bənzədir. Yazarı məşhur edən başqa bir əsər isə yarı avtobioqrafik olan və ölümündən sonra nəşr olunan “Prelud”dur.

Vilyam Bleyk

   İngilis ədəbiyyatı Vilyamsız təsəvvür edilmir. Vilyam Bleyk, 18-ci əsrin romantik şairlərindən biridir və şeirlərini Məsumiyyət və Təcrübə olaraq iki hissədə nəşr etdirmişdir. “Məsumiyyət” şeir kitabında Quzu ilə məsumluq və saflıqdan bəhs edərkən, “Təcrübə” əsərində vəhşi tərəfini göstərərək insanların quzudan pələngə necə çevrildiyini təsvir edir. “Baca süpürgəsi” şeiri ilə Sənaye İnqilabı nəticəsində uşaq işçilərin pis şəraitlərdə işlədilməsini tənqid edir və bununla daha çox məşhurlaşır.

Ceyn Ostin

Ceyn Ostinin ən məşhur əsərləri “Sevgi və qürur”, “Qürur və qərəz”dir. Əsərlərində sosial məsələlərə yer verən müəllif, o dövrdə qadın yazıçıları ciddiyə alınmadığı və oxunmadığına görə əsərlərini anonim olaraq yayımlamışdır. Elizabet Bennet, cənab Dersi, Emma, ​​Mariann Deşvud və daha bir çox obrazı əbədiləşdirən müəllif, təəssüf ki, sağlığında özünü tanıda bilmədi, lakin ölümündən sonra əmisi oğlu bioqrafiyasını yazaraq onu məşhurlaşdırdı.  

Corc Eliot

   Meri Enn Evans əsərlərini kişi təxəllüsü – Corc Eliot adı ilə nəşr etdirir. 1819-cu ildə anadan olan yazıçı İngilis ədəbiyyatının ən məşhur əsərləri halına gələn “Silas Merner”, “Sahildəki Dəyirman” və “Adam Bedə” əsərlərinin müəllifidir. İctimai tənqidin bol olduğu və onu məşhur edən “Kənd həyatından mənzərələr” adlanan əsəri isə İngilis dilində yazılmış ən gözəl əsərlərdən biri sayılır.  

Bonte qardaşları

Corc Eliot ilə eyni vaxtda yaşayan Şarlotta, Emili və Anne Bronte qardaşları, o dövrün əksər qadın yazıçıları kimi kişi təxəllüsündən istifadə etmişlər. Əsərləri həddən artıq ehtirası ilə diqqət çəkən, o dövrdə nadir olan və xoş qarşılanmayan bu üç bacı, təəssüf ki, erkən yaşda vəfat etdi. Ancaq Şarlotte Bronte, “Ceyn Eyr”, Emili Bronte “Uğultulu təpələr” və kiçik bacı Anne Bronte isə “ Qəsrdəki qadın” əsəri ilə əbədiləşmişdir.

Çarlz Dikkens

   Viktoriya dövrünün yazıçısı olan Çarlz Dikkensin, dövrün ən böyük yazarı olduğu zənn edilir. Yaratdığı ölümsüz obrazlar Oliver Tvist və Devid Copperfild demək olar ki, real həyatla inteqrasiya olunaraq  yaddaşımızda həkk olunub. Yazıçının ən məşhur əsərləri “Böyük ümidlər”, “Qaramat ev”, “Yeni il nəğməsi”, “Əntiq dükanı”, “Pikvikin macəraları”dır . Həm də ən çox satılan roman da Çarlz Dikkensin “İki şəhərin nağılı” romanıdır. Dikkens, çox təsirli yazar olduğundan Dikkensian adlı bir anlayış ortaya çıxdı və ona bənzəyən, onun üslubunda yazılan əsərləri bu adla adlandırdılar.

Tomas Hard

  Özünü daha çox şair kimi qələmə verən Tomas Hard, romanlarını pul qazanmaq üçün yazırdı. Yaşadığı yerdən ilham alaraq, bütün əsərlərində yarı real, yarı xəyali bir şəkildə Vesseks bölgəsini canlandırırdı.

  Ən məşhur əsərləri “Çılğın qələbəlikdən uzaq”, “Gizli Cude”, “Yox olan məsumiyyət”, “Bir həyatın sirri” əsərlərdir.  Hardinin ən məşhur şeirlərindən biri də “Qaranlıqdakı qaratoyuq”  əsərini XIX əsrdən XX əsrə keçən gecə yazmış və bir əsrin bitib o birinin başladığını bədbin bir əhvalla təsvir etmişdir. Digər önəmli şeirləri “Neytral Tonlar” , “Təbilçi Hadc” və s.dir.

E.M.Forster

“Hindistana keçid”, “Hovardın sonu” və “Mənzərəli otaq” romanları  ilə heyranlıq oyandıran  müəllif, sağlığında deyil, daha sonra “Merçant-Ivori” şirkətinin onun əsərinə film çəkməsi ilə məşhur oldu. Əsərlərində orta təbəqənin yaşadığı vəziyyətlərə diqqət çəkən müəllif, “Mələklərin basmaqdan qorxduğu” və “Mənzərəli otaq” əsərlərində İtaliyadakı aşağı dünyagörüşlü ingilis turistləri təsvir edir. Ən uğurlu “Hindistana keçid” romanında, bir zamanlar İngiltərənin müstəmləkəsi olan Hindistanın, şərqlə qərb arasındakı əlaqəsindən bəhs edir.

Vilfred Oven

Müharibə dövrünün şairi Vilfred Oven o dövrün əksər yazıçı və şairlərini təsiri altına alır və əsərləri bu günə qədər aktualdır. Birinci Dünya Müharibəsinin ağrılı həqiqətlərindən bəhs edən şair, savaş bölgəsi obrazını təsəvvürümüzdə canlandırır.  “Vətən üçün ölmək dadlı və şərəflidir” adlı  məşhur şeirində şair əsgərlərin gənc yaşlarında müharibəyə göndərilib boş yerə ölmələrini tənqid edir və şeirin adı ilə də uğurlu bir istehza yaradır. Talesiz şair müharibə qurtarandan bir həftə əvvəl öldü və şeirlərinin çoxu Ovenin ölümündən sonra çap olundu.  

Evenli Vo

Bir çox uğurlu əsər yaratmasına baxmayaraq, Evenli Vo, böyük ekrana da köçürülən “Braydşedə qayıdış” romanı ilə məşhurdur. 1903-cü ildə anadan olan yazıçı Oksford Universitetinə gedərək romanındakı məşhur səhnələri oradan ilham alaraq yazır. Əsər yazıldığı dövrdə məşhur idi və illər sonra Ceremi Ayronsun oynadığı tele-proqram ilə yenidən gündəmə gəlir.

J.R.R.Tolkin

   20-ci əsrin ən uğurlu yazıçılarından biri J.R.R. Tolkin.  Yazar yeni dillər, soylar və xəritələrlə xəyali və mifoloji bir dünya yaradaraq bu dünyadan uşaqlar üçün yazdığı “Hobbit”  və daha sonra “Üzüklərin əfəndisi” trilogiyasında istifadə edir. Əsərləri Amazon oxucuları tərəfindən 20-ci əsrin ən sevimli kitabları kimi qəbul edilir.

Aqata Kristi

İngilis ədəbiyyatında ən uğurlu cinayət-cəza yazarı kimi tanınan Aqatha Kristi, 66 dedektiv roman sahibi və məşhur Herkul Pyaro və Miss Marpl obrazlarının yaradıcısıdır. Əsərində təsvir etdiyi şübhə hissinə görə Cinayət Kraliçası adlandırılan yazar, bütün zamanların ən çox satılan müəllifi kimi Ginnesin rekordlar kitabına daxil edilmişdir. “Şərq ekspresində cinayət”  və  “Nildə ölüm” müəllifin ən məşhur kitablarındandır.  

J.K. Roulinq

Roulinqdən söz düşəndə ​​ ilk olaraq Herri Potter seriyası ağla gəlir. O, dünyanı Qaramat Lord Voldemortdan xilas etməyə çalışan gənc sehrbaz Herri Potterin hekayələrinin yazıldığı yeddi kitabdan ibarət silsilədir. Roulinq, xüsusilə də hekayətlərin baş verdiyi Hoqvart Sehirbazlıq Məktəbi ilə uşaqlarla bərabər böyükləri də heyran etməyi bacardı. J.K. Roulinq, sözün əsl mənasında müasir dövrün ən məşhur yazıçılarından biridir. Bu yaxınlarda o Herri Potterdən asılı olmayaraq sərbəst oxunsun deyə Robert Qelbreyt təxəllüsü ilə böyüklər üçün yeni kitablar nəşr etdirdi.

İKLİM.AZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir