04 Temmuz 2024

  Dilimizin təmizliyini qoruyuruqmu?

Sirr deyil ki, bugünkü Azərbaycan ədəbi dili hələ də tarixən ərəb dilindən, az da olsa fars dilindən zorakı assimilyasiya yolu ilə dilimizə gəlmiş, semantikası çoxumuza bəlli olmayan söz və deyimlərlə yūklənmişdir. Dilimizin milli yönümdə inkişafına mane olan, diqqətimi çəkən həmin gəlmə sözlər bunlardır:

Xəsarət

Möhtəşəm

Ovqat

İstintaq

Məsuliyyət

Məsul

Müstəsna

Məşəqqət

Məişət

Məsələn

Təşəkkül

Təcavüzkar

Tərəfdar

Məqsəd

Ənənə

Həmrəylik

Məbəd

Şərhçi

İstedad

Dilimizə yaxın olan Türk dili, qardaş Türkiyə türkcəsi varsa, bu yıpranmış ərəb, fars tərkibli sozlərə ehtiyac varmı?

Bu yöndə dilçi alimlərimiz, akademiyanın terminologiya komitəsi, ixtisasca filoloq olan professor- müəllimlərimiz, filologiya fakültələrinin tələbələri-biz hansı işləri görürük? Dediklərimə örnək kimi mən bəzi arzuolunmaz alınma sözlərin qarşılığını araşdırdım.

Xəsarət – Yaralanma, yara almaq

Möhtəşəm-Şanlı, şan-şöhrətli, çox böyük

Ovqat- Vaxtlar, zamanlar

İstintaq-Sorğu, dindiriş

Məsuliyyət-Sorum

Məsul- Sorumlu

Müstəsna- Ayrıca

Məşəqqət- Zorluq

Məişət- Yaşam, dolanışıq

Məsələn- Örnəyin

Təşəkkül- Oluşum

Təcavüzkar- Saldırqan

Tərəfdar-Yandaş

Məqsəd- Amac

Ənənə- Gələnək

Həmrəylik- Dayanışma

Məbəd- Tapınaq

Şərhçi-Sözçü

İstedad-Yetənək, bacarıq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir