04 Temmuz 2024

Şəkilindən asılan
bir yarpaq ömrü can atır payıza,
bir pişik təkliyə sürüyür ömrünü,
bir ayrılıq can verir gözlərinin əlində…

Burda günəşin də üzü soyuqdu,
içində sən olan günün də!
Duyuram ki, uğrunda ölmək yox,
silahlı əllərə sahib olmaqdır səni sevmək.

Heyif, küçələrin xəyanətini
bağışlayan bir kişi yaşayır ömrünü sənin indi.

Bu şəkilin əlində
dili söz kəsmir ayrılığın,
ürəyi yanır yağışların.

Şəkilindən asılan kəpənək ömründə
daha bir bahar gətirməz əllərim,
daha bir çiçək əvvəlkitək açmaz ürəyimdə.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir