04 Temmuz 2024

Xinhua agentliyinin verdiyi xəbərə görə, Çinli mütəxəssislər iki min illik məzarda qazıntılar apararkən bürünc qabda tapılan sirli mayenin nə olduğunu öyrənə bildilər.Tədqiqatlar nəticəsində, küpün içərisində spirt tərkibli şəfalı içki olduğu müəyyən edildi. Mütəxəssislər, bu cür qarışıqların qədim Çində qanaxmanı kəsmək və iltihabı sağaltmaq üçün istifadə edildiyini bildirərək, içkinin hansı maddədən və necə hazırlanması haqqında bilgi əldə etmək üçün araşdırmanı davam etdirirlər. Qəbir, keçən may ayında Çinin Henan əyalətinin Sanmenxia şəhərində bir gecəqondu ev yenidən tikilərkən tapılmışdır.Bu türbənin Çin sülaləsinin sonu (e.ə. 221-207) ilə Qərbi Han sülaləsinin başlanğıcı (eramızın səkkizinci ilindən əvvəl) arasında tikildiyi güman edilir.

Əsrlər əvvəlin sirli tapıntısını müasir texnologiya belə çətinliklə izah edir.Nə qədər gəlişsək də keçmişin sirlərinə çata bilmirik.

iklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir