06 Temmuz 2024

Hər gün hər an gözümüz-qulağımız cəbhə xəbərlərindədir. Bu gecə, 2 oktyabrda cəbhənin müxtəlif istiqamətlərində döyüşlər davam edib. Ordumuz Ağdərə yönündə Madagiz ətrafındakı hakim yüksəklikləri azad edərək öz nəzarətində saxlayır.Cəbrayıl-Füzuli yönündə düşmənin müqavimətini qırararaq geri çəkilməyə məcbur edib.İgid əsgərlərimiz düşmənin xeyli canlı qüvə və döyüş texnikasını məhv edib.

Bu xəbərləri eşitdikcə qanımız qaynayır, tezliklə nə vaxt cəhbəyə döyüşə çağırılacağımızı səbrsizliklə gözləyirik.Bu gün yumruq kimi birləşən xalq bir daha öz böyüklüyünü sübut etdi.

“Azadlığı istəmirəm qram qram, zərrə-zərrə”, deyə hayqırır tapdaq altındakı yurd yerlərimiz.Çünki igid əsgərimiz bir dəfə yerindən durdu və bir daha zəfər çalmadan oturmayacaq.Biz Murova çıxdıq, artıq yüksəklik əldə etdik, ucaldıq. Biz Füzulini aldıq. Digər ərazilərimizi alırıq.Ermənini əzə-əzə irəliləyirik.Hər qarışına şəhid qanı axmış torpaqlarımızı təmizləyirik.

Mən Qarabağı görməmişəm, yaşım Qarabağ işğalından azdır.Ancaq Qarabağa sevgim və can atmağım mənim xəyalımdan və yaşımdan böyükdür. Burda Qarabağ, Azərbaycanın bütövlüyüdür.Vətən demək, mənlik deməkdir.

İndi qardaşlarım orda səngərdə əlində silah düşmənlə üzbəüz, ölümün gözünə baxaraq dururkən, mən burda bu sətirləri yaza-yaza bir az da utanıram, niyə indiyə qədər getmədim deyə. Ancaq çağırış növbəlidir, mütləq gələcək. Hər döyüş bir kimlik təsdiqidir.Kimliyimizi tarixə möhürləyəcəyik.

Erməni yanıldı, türkü özünə düşmən bəlləməklə tarixi səhvini etdi.Bu səhv ona baha başa gəlir.Gələcək də.

İndi biz gənclər, bir-birimizi görəndə “necəsən” demirik, cəbhəyə yazıldınmı deyə hal-əhval edirik.Yazılıdım, deyəni təbrik edirik.Bu bizik, Azərbaycan gənci! Düşmənə ölüm saçan Azərbaycan gənci.

Qorxmaqmı? Qorxarıqmı deyirsən?

Qorxu bizdən qaçar oldu.Nifrət və sevgi olan yerdə qorxu qaçar.Düşmənə nifrət, vətənə sevgi.

Mahmud Mövludoğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir