2 oktyabr 1992-ci ildə Xocavənd rayonu Ermənistan hay quduzları tərəfindən işğal olunmuşdu.İndiyə qədər bu tarixi kədərlə xatırlayır, qara bayraq şəkilləri paylaşırdıq. Bu artıq sondur.Şanlı Ordumuz bizə səhifələrimizin başından qara bayraqları götürüb yerinə ay ulduzlu üçrəngli uca bayrağımızı asmağı qismət edir.Şanlı Ordumuzun tam qələbəsinə inanaraq bu ildən artıq bayraqlara qara bağlamayacağıq.Artıq inamla zəfərə doğru gedirik. Xocavəndin şəhidləri Sənan Quliyev, İdris Quliyev, Məhiyəddin Hüseynov,Amil Yusifov, İslam Vələiyev, Ələmşad Vəliyev, Cəfər Tahirov, Teyyub Süleymanov, Fuad Nəsirov, Hüseynov Elşən, Cəsarət Abbasovun və digər şəhidlərin ruhları şad olacaq.