06 Temmuz 2024

Mərhəmət hissi  oyanarsa savaşı uduzarıq. Savaşda mərəhəmət olmur. Ermənilər ölür, ermənilər qaçır, ermənilər yazıqdı, ermənilər kimsəsizdi, deyə aciz sözlər eşitdikcə, nə qədər mərhəmət duyğusu bol adam olsam da içimdə ani qığılcımlanan bu duyğu anındaca sönür. Bəlkə üzbəüz bir erməni uşağı görsəm yenə də mərhəmət duyğum oyanar. Ancaq ayağı relsə bağlanaraq üstündən qatar keçən çoban Nərimanın parçalanan bədəni o uzaq Haqqıxlı elindən haray çəkib “onlar mənə mərhəmət etdimi?” deyir. Etmədi. “Çöldə qoyun otardığım yerdə ayağımı relsə bağlayıb gözlədilər, qatar gəlib üstümdən keçəndə hırıldayıb gülüşdülər”. İndi siz onlara mərhəmət edə bilərsiniz? Hələ dinc, yəni bizə görə dinc vaxtda, ermənilərin isə altdan altdan mübarizə etdikləri 1988-ci ildə qonşu kənddə evinin qapısında sənəkdən krujkasına su töküb içərkən güllə ilə vurulan qıza mərhəmət etdilərmi. Saya biləcəyim daha nə qədər yazılara düşməyən hadisələr var. Bunları da keçirəm.

İndi bu gün mən niyə ata-baba yurduma ayaq basa bilmirəm? Babamın, ata-anamın zəhmətlə, halalca tikdiyi evdə niyə erməni yaşayır? 30 ildir soruşuram, cavab: səssizlik. Hansını deyim, Xocalı, Xankəndi, Xocavənd, hamısı eyni şəkildə. 30 ildir içimizdə maskalanaraq yaşayan, Allah bilir burdan oralara nə xəbərlər yollayan, daha nələr etdiyini bilmədiyimiz minlərlə maskalı ermənini mərhəmətlə saxlamışıq.

Bəzən deyirlər, nə oldu birdən-birə ayağa qalxdıq. Durğun sular içdən ləngərlənər, ləngərlənər, birdən  burulub fışqıraraq şahə qalxar. Bu da birdən-birə olmadı, bu məqam yetişdi, meyvə vaxtında yetişən kimi bunun da vaxtı yetişdi gec də olsa. Paşinyanın zavallı görkəmini görüb yazıq deyirsizmi, erməninin yazığı olmur, tülküsü olur, hiyləgəri olur. İndi bizim mərhəmət duyğumuzu oyandırıb, ürəyimizi yumşaldaraq bizi arxadan vurmaq istəyir. Onun başqa zavallılığı ola bilməz, ancaq arxadan vurmaq üçün fürsət zəmini hazırlamaqdı zavallı görkəminin anlamı.

Bu gün ermənilər Xanlkəndindən qaçır. Yollara düşən ermənilərin zavallı halını gördükcə yazıqdı deyirik. Düzdür yazıqdılar, ancaq onlar erməni doğulunca yazıq olublar. Erməni doğulduqları üçün öz genlərini lənətləyirlər. Ömrü boyu nifrət qazanıblar. Bəs bizim 1988-92 illər ərzində nə qədər yurddaşımız, soydaşımız qarda-qışda, çılçılpaq, ac-susuz, payi-piyada, qorxuyla, güllə altında Qarabağdan, Qərbi Azərbaycandan qaçanda kimin mərhəməti oyandı. Kim onlara qaçma , sən haqlısan, yurdunda yaşa, dedi. Heç kim. Düzdü, biz fərqliyik, biz Allah adamıyıq deyək, amma Allah da zülmü götürmür. Bizim əsgər dinc xalqa dəymir, uşağa-qocaya, qadına əl qaldırmır. Döyüşənlə döyüşür, burda da ya ölməlisən, ya da öldürməli. Savaşın qanunu budur. Qoy qaçsınlar, bu onların yaşama şansıdır, bir azdan bu şans da olmaya bilər.

Biz insanıq, ona görə də əsirlərə mərhəmət edirik. Bizə silah tutana mərhəmət etmək, ölümü, məğlubiyyəti könüllü qəbul etməkdir. Savaşın öz qanunları var.

Bu gün Gəncəni vurmaq erməninin can üstə olmağının,  son nəfəs çırpınışlarıdır. Xalqın, əsgərin nifrətini bir dərəcə daha artırdı. Güclü Ordumuz və dövlətimizlə qələbənin astanasındayıq. Ondan sonra bütün mərhəmət duyğularınızı oyaq saxlayın. Şəhidə, şəhidin dərdli ailəsinə, qazilərə, iş qabiliyyətini itirən qazilərə xüsusi mərhəmət göstərin. Onda bu insanlıq adlanacaq. İndi isə ermənilər qoy arxalarına baxmadan qaçsınlar.

Ayişə Nəbi

1 thought on “Ermənilər, arxaya baxmadan qaçın

  1. Allah onların cəzasın versin.
    Ordumuz Allahın əmanətində olsunlar. Amin!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir