03 Aralık 2024

AZƏRBAYCANIN ŞAHLANIŞ DASTANI!

İşğalçı qatillər yenə qudurdu!

Körpə qərənfili, gülü soldurdu…

Boz qurd ruhlu millət ayağa durdu,

Azərbaycan Türkü hər dəm var olsun!

Tanrı yardım etsin, Türkə yar olsun!


Kin qusub yeddidən yetmişə qədər,

Soyqırım eyləyib etdilər inkar,

Xocalıda vəhşət oldu aşkar,

Vəxşi erməniyə dünya dar olsun!

Tanrı yardım etsin, Türkə yar olsun!


Azadlıq arzular Xankəndi, Şuşa…

Yaşa şanlı vətən, sən azad yaşa!

Çıxıb gəlir yenə bir Nuru Paşa,

Azərbaycan Türkü bəxtiyar olsun!

Tanrı yardım etsin, Türkə yar olsun!


Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər…

Ağdam, Hadrut, Laçın, Türkün Kəlbəcər!

Bir bir azad olur yaxındır zəfər,

Əcdadların ruhu bayraqdar olsun!

Tanrı yardım etsin, Türkə yar olsun!


Qarabağ Türkündür, İrəvan Türkün 

Əsgəran, Qubadlı, Zengilan Türkün

Ürəyində yara qəhrəman Türkün 

Qarabağ huzurlu bir diyar olsun!

Tanrı yardım etsin, Türkə yar olsun!

Bu cənnət yurdlarda sonlanır vəhşət,

Zəngəzur, Naxçıvan birləşir əlbət,

Türk ədalət demək, Türk mədəniyyət…

Bütün Turan elləri payidar olsun!

Tanrı yardım etsin, Türkə yar olsun!


Qədim bir Türk yurdu şanlı İrəvan,

Yenə sahib çıxar can Azərbaycan,

Turanda yenidən yazılır dastan

Bu da Ozantürkdən yadigar olsun!

Tanrı yardım etsin, Türkə yar olsun!


                      Türkiyə, Kayseri, 27.09.2020

OZANTÜRK BAYRAM DURBİLMƏZ

Azərbaycan Türkcəsinə uygunlaşdıran:Aynurə Paşayeva

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir