04 Temmuz 2024

Savaş dövrünü filmlərdə görmüşdük.Ağlamalı filmlərə baxanda bəzən kövrəlsəm də, daha çox döyüş, şiddət filmlərinə baxırdım.Sanal oyunlar var indi, döyüş oyunları.Bizim uşaqlar, yaşıdlarım bu oyunlarla böyüdük. Bu oyunlarda gerçək döyüş gedirmiş kimi atəş açırıq, düşməni öldürürük, düşmənin ölümünə sevinirik, hətta öldürdüyümüz düşməni sayırıq.

Niyə savaşa bu qədər meylliyik, görəsən.Böyüklər danlasa da, mən sənin vaxtında kitab oxuyurdum, mal otarırdım, tarlada işləyirdim, nə bilim filan işləri görürdüm deyə bizi, lap elə məni kompüter oyunundan yayındırmağa çalışsalar da, buna nail ola bilmirdilər. Biz həvəslə sanal aləmdə əlimizdə silahla döyüşürdük.Silah növlərini, atəş açmağı, pusquda durub nişan almağı belə uşaqkən öyrəndik.Və cəsarətli olmağı.

Deyəcəksiniz ki,  bəs sizi biz yetişdirmədikmi, kitablar, müəllimlər, məktəb sizə heç nə vermədimi.Yox, verdi verməsinə, amma savaş oyunları bizə sanki əyani döyüş səhnələri yaşatdı.

İndi gənclərimizin bəziləri cəbhədə bu döyüşü xatırlayır, ancaq əsgər olmağın fərqliliyini də əlavə edirlər.Burda canlı döyüş, atəş açma, yaralanma, şəhid olma çox fərqlidir.Sanala heç bənzəmir, gerçək qan axır, deyirlər.Burda canlı döyüş adamda elə bir ruh, elə bir cəsarət, cürət, qüvvə yaradır ki, təsəvvür edə bilməzsiniz.

“Cənablar, – onun səsində bəlli bir tənə hiss olunurdu, – müharibənin sonunu silah müəyyənləşdirmir. Müharibə tarix yaratmır. İstənilən müharibədə qələbə, ancaq mülki əhalinin yüksək mənəviyyatından asılı olur,” bunu Adamson deyir. Cim Beqqetin ”Atom bombasının gizli tarixi” kitabında.

Biz bunu bu, qısa müddətli savaşımızda gördük.Erməni nə silah çıxarırsa çıxarsın, həmin açılmayan raketlər, partlamayan bombalar kimi əlində qalacaq.Düzdür, şəhidlərimizin qanı onların üstündədir, bunu unutmuruq.Amma ümumi götürəndə Adamsonun da dediyi kimi savaşda tüfəng deyil, ürək qalib gəlir.O da bizim əsgərimizdə var.

Hazırda sanki bir az sakitlikdir.Alınan torpaqlarımızdan gələn müjdəli nidalar hayqıraraq çağırır bizi.Ermənidən təmizləndim, ey yurddaşım, yurd daşım, artıq doğmalığına qovuşmaq, hənirini duymaq istəyirəm deyir.

Döyüş oyunlarından döyüş meydanına atılan və zəfər çalan məğrur gənclərimiz xalqımızın bir millət kimi ucalığını tarixə bir daha sübut etdi.

Biz savaşı yaşadıq.

 Bir zaman özümüz qaçqın, köçkün idiksə, indi o məlunların qaçdığına şahid oluruq.Yalnız bir fərqlə: bizimkilər ayaqyalın, bir tək əyinlərindəki paltarla güllə yağışı altında çıxırdılar yurdumuzdan.

 Ermənilərə isə bizim əsəgər, dövlət imkan verir ki, əşyalarını da götürüb rahat rahat getsinlər.Onlara qaçqın demək olmaz, onlar qaçmırlar, sanki bir müddətlik yaylağa çıxmışdılar, 30 illik yaylaq macəraları indi də burunlarında gələrək öz ellərinə dönürlər.Elləri dediksə, oranı da daha əvvəlki tarixdə zəbt ediblər, bilirik.Bu 30 il onlara çox oldu. Artıq o gözəl torpaqlar öz doğma insanlarına qovuşur.

MAHMUD MÖVLUDOĞLU

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir