24 Kasım 2024

Cəbhədən xəbərlər gəlir, atəşkəs oldu, amma atəşkəs üçün yalvaran erməni özü pozdu atəşkəsi.O biri yandan da cəbhədən çox uzaq olan şəhərlərimizi atəşə tutur.Erməni məkrinə, hiyləsinə qarşılıq bizim insanımız elə rahat, elə arxayın, özündən əmin şəkildə danışaraq ətrafa əvəzsiz bir ruh yüksəkliyi bəxş  edir. Bomba düşüb darmadağın olan evinin qabağında durub jurnalistə müsahibə verən adamlar heç biri şivən qoparmır, ah-vay etmir, qabağı qışa gedən bu payız küləyindən üşüməyib, təki vətənimiz, torpağımız xilas olsun, evim dağılıbsa dağılıb, heç dərd eləmirəm deyir.Həm də bunu biri- ikisi yox, hamısı deyir. Hətta bir nəfər bəs evin yerlə bir olub, yəni indi neyləyəcəksən mənasında  verilən suala baxın nə cavab verdi, dedi, evim uçubsa heç nə olmaz, dövlətim yenisini tikib verəcək. Nə gözəl səhnədir millətlə dövlətin, hökumətin belə bağlılığı, birliyi.

Elə bil sözləşmiş kimi hamı eyni şəkildə erməniyə nifrət, vətənə məhəbbət hayqırır.Budur bizim millətin sadəliyi və sadəliyindəki böyüklüyü.

Hələ dünənə qədər qara camaat deyə xor gördüyünüz, dilini bəyənməyib başqa dillərdə danışmağa çalışdığınız, dədə-baba, ana dilində danışmağı geriçilik saydığınız bu millətdir bu gün düşmənin qabağında mərd-mərdanə duran.Həmin o qara camaat dediyiniz xalqın övladlarıdır bu gün ermənini  qorxmadan canı bahasına geri püskürdən.Erməninin canına qorxu salan, ermənini ona buna yalvarmağa məcbur edən.

Siz hələ də bu xalqa qara camaatmı deyirsiniz.Bu qara camaat olmasa erməni güvəndiyi havadarları ilə birləşib bizi məğlub edərdi.Edə bilmədi, çünki biz qara camaat yox, düşmən qabağından çəkilməyən xalqıq.Bizim igidlər ali baş komandan əmr verən andan, hətta əmrdən qabaq belə nifrətini itiləyib hazır vəziyyətdə idi.Bu gün xalq dövlətinə, dövlət də öz millətinmə arxalanır və düşmən qarşısına çıxan bu birlik qalib gələcək.

Son atəşkəs söhbəti yenə də erməninin sahib olduğu aşağılıq xislətini bir daha göstərdi.Bizdə “ermənini qapında tanı” sözünü boşuna deməyiblər.Çünki bizim dədə-babamız ermənini qapısında tanıya-tanıya gəlib.Bilir onların insnalıq meyarlarını.

Bu gün biz öz xalqımızı da bir daha tanıdıq,mərdlik, qorxusuzluq, cəsarət, vətən yanğısını bir daha gördük.Bəs bu 30 ildə hardaydı bu vətən məhəbbəti, bu cəsur xalq deməyin, bunun adına siyasət deyirlər.Qarğaşalı keçid dövründən sonra dövlət, demək özünü ancaq tarazladı və siyasət meydanında sözünü bu gün inamla deyir.

Biz isə qələbəyə əminik.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir