06 Temmuz 2024

Məşhur bir sual var, deyər, nə istəyirsən, qırx qatırmı, qırx sətirmi.Bu sualı eşidəndə hər kəsin ürəyindən ani olaraq ilk qırx qatır keçir, yəni hazırın naziri olaram düşüncəsi.Sonra anında qəflətdən oyanır ki, yox mən nə deyirəm, qırx sətir yaxşıdı, həm adam kimi sanballı olduğumu göstərər, həm yüksələrəm, ya da bir çox səbəb gətirərək qırx sətir deyir ki, savadım olsa onsuz da qırx qatırı asanlıqla qazanacam.

Qırx qatır da olsa sonu ölümdür, qırx sətir də. Böyük İskəndər demiş, sətiri də seçən peşman olur, qatırı da.

Sözün qısası, insanın qarşısında iki sual durur: yaşammı, ölümmü.Hamleti də bir qırağa qoyuram, onun səmtinə heç keçmirəm, nəyimə lazım, oralarda azmaq da var, oralar sonu görünməyən bir cəngəllikdir.

Gəlirəm bu günkü gənclərin  “yaşammı, ölümmü” ikiliyi qarşısındakı durumlarına.Bu ikiliyi kim qoyur onların qarşılarına.Əlbəttə, birinci özləri.Yəni bu sualdan bir şəkildə yayına bilər, tutarlı səbəbdən “daha vacib” məsələlərlə məşğul ola bilərlər.Bu gün gənclərimiz “olummu, ölümmü” deyil, “vətənmi, mənmi” sualını qoyur qarşısına və görünəndən bəllidir ki, Vətəni seçirlər.Son günlərdə şəhid olanlar, şəhid yaxınlarının bu məqamla fəxr edirik demələri, “titrəyib özünə  gəl”miş bir millətdən, gənclikdən xəbər verir.

Bəlkə bir az çox dolan-gəl elədim, amma Mələkdən danışacam.Nişanlısı Mehdinin şəhidliyinə dözməyib intihar edən Mələk.Bilirəm, ilk ağlınıza gələn, özünə qəsd etmək günahdır, Allahın verdiyi canı ancaq Allah almalıdır, fikrini deyirsiniz. Bir yandan da cavan canına heyif, gözəl-göyçək qız idi, niyə qıydı canına deyərək kədərlənirsiniz.

Haqlıydımı Mələk?

Hələ başqa bir fikir deyim, son zamanlar gənclərin intihar səbəblərini araşdıraraq böyük çoxluq toplumu, şərtləri, pis adamları günahkar etdi.İntihar edənə böyük günah işlədi deyə şəriət, qayda qanun axtaran olmadı. Mücərrəd toplum günahkar oldu.

İndi Mələk də günahkar deyil.Mələk aşiqdir, sevdalıdır.Bu qədər şəhidlərin hər birinin bir sevdalısı var deyəcəksiniz, hamısı intihar etsin? Yox, təbii ki, etməsin. Ancaq hər zaman biri seçilir, biri sevda adına can verir.Can dediyin nədir ki, bir nəfəslik, bir anlıqdır.Nəfəsdir, getdi gəlmədi, can sənin deyil artıq.

Mələyin “yaşammı, ölümmü” ikiliyi qarşısında ölümü seçərkən nə düşündüyünü, nə hiss etdiyini biz bilmirik.Mən, sevdasının qonduğu budaq qırılırsa, onun da şah damarı qırılır, nəfəsi kəsilir deyirəm. Nəfəsi kəsilir, canı üzülür (bu kədər deyil, üzülürək qırılma məqamı).

Bəs iradəsi yoxmu? “Sevda olan yerdə iradə olmaz” (Mövlanə).

Mən Mələyi qınamıram.Son savaş günləri imirzə igidlərimizi erməni gülləsi şəhid etdi.Elə Mələyi də dolayısı ilə erməni vurmuş olur.Mənfur erməni bir gülləylə iki can aldı.Mələyi qınamaqdansa ermənini qınayaq, erməniyə nifrət edək.

Bəs Allah qatında öz canına qəsd etmək günahdır, Allaha nə cavab verəcək, deyənlərə mən deyim nə cavab verəcək Şəb-i Aruz yaşayan Mələk. Deyəcək: – Ulu Tanrım, Rəbbim, mən, sadəcə sevdim.Sənin iznin olmadan yarpaq qımıldamaz.Mən də sənin bir zərrənəm, qovuşmaq istədim və sənə gəldim.Məni qəbul et.

Canına qıyanı Allah bağışlamaz, yaxşı, razıyam, ancaq istisnalar mütləq vardır.

Artıq bunu demək gec olsa da, əgər nişanlısının yoxluğu ilə barışa bilmirdisə, Mələk də bir istisna olaydı, silah götür cəbhəyə gedə, Mehdinin qisasını alaydı.

Yaxşı fikirdi. Neyləməli, axırda mən də hamının dediyini dedim.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir