21 Kasım 2024

Ermənistan yalvararaq nail olduğu humanitar atəşkəsə hələ də əməl etməyərək, bu gün də, əsasən Tərtər rayonunu ağır artilleriyadan atəşə tutmuşdur.Hədəf yenə də mülki əhalidir.Dəfn mərasiminə açılan atəşdən ölən və yaralananlar var.

Erməni silahlıları digər ərazilərimizə də atəş açmaqda davam etsə də, Ordumuz bu qəsbkarların layiqli cavabını verir.

Dağlıq Qarabağda Ermənistanla birlikdə PKK terrorçularının da döyüşməsi ilə bağlı ciddi sübutlar var. Artıq yerli və xarici mətbuatda bu barədə bir çox fakt yayınlanıb.

Ermənistana yalnız PKK deyil, digər terror qruplaşmaları da kömək edir. PKK-nın Suriyadakı qanadı olan YPG, ASALA silahlı erməni qruplaşması, TİKKO kimi terror qruplaşmaları bu sıradadır.

Ordumuzun, düşmənin start vəziyyətində olan raket sistemlərini məhv etməsindən sonra guya Azərbaycanın mülkü insanları hədəf alması ilə bağlı Ermənistan əsassız iddialar irəli sürmüşdür. Uduzmaqda olan Ermənistan bu iddialarla ölkəmizə qarşı beynəlxalq arenada növbəti təxribatlar həyata keçirməyə çalışır.Dünya haqla nahaqqı ayırd etməlidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir