24 Kasım 2024

Savaş gah səngiyir, gah da daha qızğın gedir.Savaş istənilən halda insanı yaralayır.

Bu günlərdə sosial şəbəkədə bir erməni əsgərinin anasına yazdığı məktub paylaşılır.Məktubda əsgər anasına, biz sürətlə geri çəkilirik, belə getsə bir-iki günə evdə olaram, deyə yazıb.

Bu məktub bəlkə də uydurmadır, amma belə bir məqamda bizə o qədər ləzzət elədi ki, hamımız bir-birimizə bu məktubdan danışdıq.Sevinirik, fəxr edirik ki, bizim əsgər düşmənin canına necə qorxu salıb.Biz necə möhtəşəmik.

Bilirsizmi, bu necə gözəl bir hisdir, necə məmnunluq yaradan bir duyğudur.Böyüklərimizin, hələ uşaqdı dediyi gənclər bu gün özlərindən böyük silahlar işlədir, başlarına yağan bombanın altından qaçmırlar.Qorxaqlığı dillərinə belə gətirmirlər.Bu cəsurluq hamımıza keçir.

Sosial şəbəkədə yayılan başqa bir məktub-səs yazısı isə bizi daha da qürurlandırdı.Bu, bizim əsgərimizin səsidir.Özü döyüşdədir, qardaşına ürək-dirək verir, səhid olsam, deyə vətəni, ata-anasını qardaşına əmanət edir. Başqa bir əsgər son şəklini göndərir dostuna, bir başqası ailəsinə ki, şəhid olanda bu şəklimi paylaşın.Heç kim, mən niyə ölməliyəm, deyə sual vermir.

Fərqimiz budur.Bir tərəfdə qaçan, qorxan millət, bir tərəfdə isə ölümü gözünü qırpmadan qarşılayan, özünü fəda edən, təki Vətən sağ olsun deyən qəhrəman bir millət.Bu gün hər birimiz bir sıra nəfəriyik, təki Vətən sağ olsun deyirik.Bu gün, doğrudan da, Babəkin törəməsi olduğunu igidlərimiz sübut edir.

Ot kökü üstə bitər.Bizə qurd ürəkli türk deyərlər, onlara da qandan qorxan erməni.Dədə babalarımız qorxaq uşaqlara həmişə, erməni qan gördü qorxdu, deyərdilər.Biz onları həmişə qorxan, qınına çəkilib tülkü kimi fitnə, hiylə düşünən, fürsət tapanda həyata keçirən iki şəxsiyyətli insan kimi tanımışıq. İki üzü var erməninin, əslində olan və sənə göstərdiyi. Bir-birinin tam əksi.Biri quzu üzü, o biri alçaqca yırtıcı.

Başqa bir fərqimiz və bizə güc verən fərqimiz, bizim haqq yolunda olmağımız, onlarınsa işğalçılıq etdiyidir.Əsgərimiz ürəklidir, çünki öz sahib olduğu varlığı, torpağı, vətən adlanan məfhumu qoruyur.Dolayısı ilə özünü qoruyur.Ona görə də mərddir, qorxusuzdur, dönməzdir.

Bədbəxt erməni isə bir yalanın dalınca düşüb haqsız bir savaşa qatılıb, həm də istəmədən, məcburi.Ona görə də ayağına zəncir vurulsa da fürsət tapan kimi qaçır. Axı, mənim başqasının yurdunda nə işim var, deyə bəlkə də özünə sual verir və cavab tapa bilməyəndə kor-peşman qaçır. Amma bir də mənfur, qatı düşmən, hansısa hiyləgər siyasət xidmətçisi ermənilər də var ki, qaçanları ya  güllələyir, ya da qaçmağa qoymur, işgəncə verir.İstənilən halda erməni sıravi əsgəri bədbəxtdir və yararsız bir ölümə məhkumdur.

Bu günlərdə dalbdal zəfərlər qazanırıq.Son tam zəfərimizi də qazanacağımız bəllidir.Parçalanmış vətənin parçaları yavaş-yavaş yerinə qaytarılır.Təbii ki, bu hələ vətənin çox kiçik bir parçasıdır.Bütöv Azərbaycan yolunda bir addımdır bu savaş.Vətənimizin bütövlüyü bu addımla daha da yaxınlaşdı.Bundan sonra Batı Azərbaycan, Güney Azərbaycan da əsgərimizin ayaq səslərini duymaq istər.

Hələ Batı Azərbaycan, 32 illik erməni səsi eşitməkdən qulaqları tutulan o yurdun indi ürəyi səksəkədədir.

Sevincimizin yanında kədərimiz də ürəyimizi deşir. Min bir arzuyla savaşa gedən, igidcə döyüşən şəhidlərimiz Vətən torpağına qovuşub Vətəni zirvələşdirdi, and yerimiz oldular yaşıdım şəhidlər. Bizi utandıran şəhidlər. Parta arxasından qalxıb səngərə gedən şəhidlərim. Komandirini qorumaq üçün özünü qumbaranın üstünə atan şəhidim. Əsgər dostlarını ölümdən xilas edərək özü ölümü qucaqlayan şəhidim. Hər cür qəhrəmanlıq göstərib adını ürəklərə həkk elədi yaşıdım şəhidlər.

Ey yaşıdım şəhidlər, hərəniz şəhidliyi bir şəkildə qəbul etdi, amma hamınız bizim əzizlərimiz oldunuz.Yaşıdım şəhid, biləsən ki, bizim torpağımız çox bahadır, çünki şəhid verib torpaq alırıq.Canımızdan can gedir, ömrümüzdən ömür gedir. Qalan isə Vətən olur.

Oğul kimliyin gedir. Ata kimliyin gedir. Dost, qardaş kimliyin gedir. Əvəzində əbədi kimliyin olur. Əbədi kimliyimiz Vətəndir.

MAHMUD MÖVLUDOĞLU

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir