10 oktyabr 2020-ci il saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri mülki əhalimizə atəş açmaqda davam edir.

Baş Prokurorluqdan verilən məlumata görə, 17.10.2020-ci il tarixdə saat 16 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonu müxtəlif tərəflərdən intensiv raket və ağır artilleriya atəşinə tutuldu. Nəticədə Arazbar kənd sakini 1991-ci il təvəllüdlü Hacıyev Orxan Nizami oğlu evinin həyətinə düşən top mərmisindən müxtəlif dərəcəli bədən xəsarətləri almış, evi isə dağıntıya məruz qalmışdır.