04 Temmuz 2024

Müdafiə Nazirliyinin məlumatına görə, düşmən ordusu iflic vəziyyətindədir və şəxsi heyət böyük bir ruh düşkünlüyü içərisindədir.

Füzuli şəhəri və rayonun bir neçə kəndini itirən işğalçı Ermənistan ordusunun müqaviməti demək olar ki, tükənib.

Bütün cəbhə boyu Ermənistan ordusu ağ bayraq qaldıraraq təslim olma ərəfəsindədir. Cəbhədəki ardıcıl məğlubiyyətlər Ermənistanda, onsuz da ağır olan iqtisadi durumu daha da ağırlaşdırıb, əhali ciddi sosial problemlər yaşadığı üçün ölkədə siyasi böhran bir az da dərinləşib. Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar get-gedə artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Ordunun şəxsi heyətindəki ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, valideynlər övladlarını müxtəlif bəhanələr vasitəsi ilə hərbi xidmətdən yayındırırlar.

Düşmən Ordusunun tam təslimi yaxındır.

iklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir