Oktyabrın 16-da və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olub.
Müdafiə Nazirlyindən verilən məlumata məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.
Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk ediblər. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.
Düşmən bölmələrində şəxsi heyət yorğun və ümidsiz olduğu üçün zabitlərə tabe olmur, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina edirlər.
Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vuraraq əməliyyat üstünlüyünü saxlayır.
İstinad: Milli.Az