Savaşın öz qanunları var. Ancaq savaş şəxsiyyətsiz insanla ediləndə savaşın bütün qanunları pozulur. Erməni, savaş qanunlarını heç vaxt tanımadı.Yalvararaq atəşkəs diləndi, əldə edib bizi arxayın salmaqla, öz arxadan zərbə planını hazırladı. Vurdu da. Atəşkəs saatından 12 dəqiqə keçdi sadəcə, erməni məkrini həyat keçirərək növbəti hücumunu etdi. Həm də sadə insanlara, dinc yaşayan səhərə, Gəncəyə, Mingəçevirə, Bərdəyə. Niyə, bunların hansı savaş ərazisidir? Heç biri.
Ermənini elə burdaca tanımaq gərək.Orduya güc gələ bilmir, Ordumuzla savaşmağa mərdliyi çatmır, üz-üzə gələ bilmir, sinsicə, xaincə, alçaqca dinc əhaliyə atəş açır, raket atır, bomba atır. Sonra da yazıqlaşaraq dünyaya özünü haqqı tapdanmış kimi göstərir, hansısa haqdan, hüquqdan danışır.Dünya da təbii ki, göz yaşlarına inanır, el deyimindəki kimi, “ağlamayana məmə yoxdur”. Ancaq biz, ali baş komandanımızın dediyi kimi ağlamayacağıq, mərhəmət dilənməyəcəyik, öz gücümüz özümüzü qorumağa yetir.
Erməni çatlamasın, quduzlaşmasın da kim quduzlaşsın.30 ildir Qarabağı, 32 ildir Qərbi Azərbaycanı ələ keçirib, öz dədə malı kimi sağa-sola istifadə edir, yaşayır, təbii sərvətlərini oğurlayır, təbiətini kirləndirir, hələ insanlarını demirəm, indi bu sərvətlər əlindən çıxır, böyük ermənistan xülyası puç olur deyə havalanır.
32 il dözdük, sülhlə olsun dedik, olmadı, indi gücümüzü toplamışıq, ermənini geri püskürdürük, Gəncəyə, Mingəçevirə atılan raketlərdən qorxmuruq.Təbii ki, bunu uzaqdan demək asandır, orda ölən, yaralanan, evi dağılan insanlar belə düşünməz, qorxar, çəkinər, yurd yuvalarından qaçıb sakit ərazilərə çəkilərlər, deyərik. Amma belə deyil, mərd xalq dedikləri budur. Evi dağılır, deyir eybi yox, vətən sağ olsun, əzizini şəhid verir, deyir, Vətən sağ olsun. Bunu demək o qədər çətindir ki, hətta adi halda mümkün deyil, düşüncəsi belə ürküdücüdür. Hansı erməni belə deyə bilər?
Erməni mətbuatına baxıram, savaşın gedişatını tamam əksinə təbliğ edir, o qədər yalan, böhtan yazırlar ki, dünya da inanır.
Amma bu gecə yuxunun şirin vaxtı, saat 00.45 də dinc şəhərə istifadəsi qadağan olunan ballistik raket atır, yuxuda insanların evləri uçur, dağıntılar altında qalırlar, körpələr öldürülür, yaralanır, dünya isə bunu görmür.Türk hər zaman tək savaşıb, tək durub ayaq üstə.Türk güclüdür, kimə söykənsə yıxılar, odur ki, o bir Allaha və özünə güvənir.
Gəncədə yaşanan dəhşəti, erməni, guya Xankəndini biz dağıtmışıq deyə qisas almaq üçün vurub deyir. O qədər cılız və dayazdırlar ki, bilmirlər savaşda fənd olar, amma məkr olmaz.Savaşı da insanlıq meyarları ilə aparmaq lazımdır.
Bu gün Azərbaycanda, lap Bakıda nə qədər erməni var, çoxumuz çoxunu bilirik, amma bu 30 il müddətində onlara dəyməmişik, bizimlə “qardaş-qardaşa” yaşayıblar. Bizdən isə 32 ildir Ermənistanda bir nəfər də yoxdur. Sərhəddi keçəni vurub, ən yaxşı halda tutublar. Bunu da keçdik.
İçimizdəki erməni qadınlar, gəlinlər, görəsən, bu gün nə düşünürlər? Bu 32 ildə aramızda sülhlə yaşamaqlarından heçmi xəcalət çəkmirlər? Onlardan neçəsi erməniyə işləyirdi. Neçəsi hələ də erməni əlaltısıdır. Neçəsi bu gün də fəaliyyətdədir. Bilmirik. Onların məsum üzünə aldanırıq. Həmişə aldanmışıq. Bizi həmişə sevgimiz yıxıb, mərhəmətimiz bədbəxt edib. Biz özümzüə uduzmuşuq həmişə.
Hələ də içimizdədirlər, erməni qadınlar ya öz, ya da saxta kimlikləri ilə aramızdadırlar. Amma biz, onların nə günahı var, deyə mərhəmət edirik.
Bəs Gəncədəki bir yaşlı Mədinənin, 15 yaşlı qızın, qucağında körpəsi ilə ölən ananın, eləcə də yuxudaykən atılan raketdən evində ölən digər insanların nə günahı vardı? Soruşmayaq?
Əgər erməni hayları hələ də içimizdə yaşamağa davam edirlərsə, o zaman toplanıb öz aralarında öz dövlətlətinə, hökumətlərinə, xalqlarına, tanıdıqlarına, qohumlarına ciddi şəkildə müraciət etsinlər, desinlər, Azərbaycanın şəhərlərindən, dinc insanlarından əl çəkin.Gedin Ordu ilə savaşın. Ən yaxşısı çəkilin öz torpağınızda yaşayın. Gözünüz doysun.Yoxsa, bizi burda qıracaqlar. Desinlər və tələb etsinlər.
Onların kiminsə anası, nənəsi, qohumu olmalarına baxmayaraq, nəticədə ermənidirlər.Mərhəmət etməyən mərhəmət görməz.İlan isə qabığını dəyişsə də ilandır. Fürsət tapan kimi çalacaq.
Buradakı ermənilər də elə.Təkrar edirəm, ya dövlətlərinə, millətlərinə tələb qoysunlar bizdən əl çəksinlər, ya da biz onları tapıb bir-bir raketlə İrəvana göndərək.
Ayişə Nəbi