Təcavüzkar Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə dalbadal raket zərbələri endirilib.
Ermənistan hücumu nəticəsində Gəncədə 13 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.Evlər dağılıb.