18 oktyabr- Azərbaycan tarixinin ən mühüm günlərindən biri, müstəqillik günüdür.
XX əsrin sonlarında SSRİ-nin dağılması nəticəsində yaranan Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında 4 gün müzakirə aparıldı. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Sessiyada aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, digərləri ya sessiyaya qatılmadı, ya da əleyhinə səs verdi. Konstitusiya Aktında, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu qeyd edildi. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyi, suverenliyi və azadlığına səs verdi.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra onun dövlət bayrağı, himni və gerbi yaradıldı.
iklim.az