21 Kasım 2024

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AZTV) cəbhəboyu zonaya ezam olunmuş çəkiliş qrupu 19 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Ermənistan hərbi birləşmələri tərəfindən atəşə tutulub. Hadisə Ağdam rayonunun Bənövşələr qəsəbəsində baş verib. Nəticədə AZTV-nin müxbiri 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu (Anar Şuşalı) yaralanıb.

Azərbaycan Mətbuat Şurası AZTV-nin çəkiliş qrupunun Ağdam rayonunun Bənövşələr qəsəbəsində atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanlayıb.Müraciət , o cümlədən, Azərbaycan Mətbuat Şurasının üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına və Avropa Mətbuat Şuraları Alyansına da göndərilib.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir