24 Kasım 2024

Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb.

 Prezidentin köməkçisi Hikmət Hacıyev mətbuata verdiyi açıqlamada bildirib ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı verilən açıqlamada deyilir: “Azərbaycan Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək Azərbaycanda olan iki yaralı erməni əsirinə lazımi tibbi yardım göstərdi. Eyni zamanda, onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə görüşə bilirlər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir