04 Temmuz 2024

Oktyabrın 22-si gün boyu və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüşlər davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Ordusu keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vuraraq düşmənin bir neçə dayaq məntəqəsini dağıdıb, vacib ərazi və yüksəklikləri ələ keçirib.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı var. Düşmən qoşunlarının idarəsi praktiki olaraq itirilib. Düşmənin nizami ordu bölmələrində əsgər çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olub ki, Ermənistanın Tavuş və Sisyan rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edib qaçaraq mövqeləri tərk edirlər.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir