Azərbaycan Ordu bölmələri Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd yönündə yerləşən bölmələrini atəşə tutmuş, nəticədə düşmənin çox sayda ölən və yaralananı var.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, onun döyüş sursatı tükənib, artilleriya qurğuları isə sıradan çıxarılıb.
Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci tabor bölmələri şəxsi heyət və hərbi texnika itkiləri verərək geri çəkilib.
Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.
Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Qələbə bizimdir.
İklim.az